Göy dənizdə söndü fanar
Göy dənizdə söndü fanar,Söndü yenə yanmaq üçün.Suya endi qağayılar,Qalxıb qanadlanmaq üçün;İşıq söndü yanmaq üçün.
Sular oldu ləpə-ləpə,Yatdı yenə qalxmaq üçün.Dalğa gəldi təpə-təpə,Qayaları yıxmaq üçün,Yatdı yenə qalxmaq üçün.
Bir durğunluq arama sənTəbiətin sükutunda.Nələr, nələr yatır bilsənGöyün sakit buludunda,Təbiətin sükutunda!
Baxıb sakit görkəmiməDemə eşqin odu söndü.Yox, sən allah, elə demə,Düşünürəm neçə gündü...Demə eşqin odu söndü.
Düşünürəm sakit, səssizYeni nəğmə qoşmaq üçün...Odur, odur, qalxdı dənizÜfüqləri aşmaq üçün,Üfüqləri aşmaq üçün.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-goy-denizde-sondu-fanar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Saldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
İnsanam mənMəni nə bənövşəyə,Nə lələyə oxşadın.
عطر آن گل پیرهن تا در هوا پیچیده استبوی گل دودی است در مغز صبا پیچیده است
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,