Yollar eniş-yoxuşlu,Ömür gödəkdir – dedim.Dən düşdü saçlarıma,Bu da gərəkdir – dedim.

Canım qurban elimə,Çəmənimə, çölümə.Elsiz-günsüz bir ömürBaşsız küləkdir – dedim.

Çox yanırsan, dedilər.Odlanırsan, dedilər.Vətən üçün alışanMən yox, ürəkdir, dedim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri