Birinci hissə, ikinci fəsil
Səhifə 1 / 2
İldırım nahaq çaxmırmış, bir azdan Elməddin maşından düşüb Rəhgüzərgilin qapısı ağzına çatanda çisələmə yağış başladı və getdikcə gücləndi. Küçə fənərinin işığında iri yağış damcıları aydın görünürdü.
Qapını Məleykə xanım açdı. Elməddin az qala salam verməyi də yaddan çıxarıb tələsik özünü həyətə saldı. Qadın ona «xoş gəldin» eləyəndən sonra ayılan kimi oldu, salam verdi. Məleykə çaşqınlığından, ağappaq ağarmış sifətindən o dəqiqə anladı ki, Elməddinə nə isə olub. Hərəkətlərində bir ürkəklik vardı, pencəyinin yaxası, başı açıq idi. Darvazadan içəri girərkən də, həyətdən keçib artırmaya çıxarkən də elə bir gözü arxada idi; elə bil, daldan kimsə onu qovurdu, indicə çatıb tutacaqdı. Məleykə xanımı şübhələndirən həm də bu idi ki, indiyəcən Elməddin bircə dəfə də olsa gecənin belə vədəsində onlara gəlməmişdi.
Artırmada, gur işıq altında Məleykə səbrini basa bilməyib təzədən soruşdu:
– Axı sənə nə olub, Elməddin qardaş? Elməddin sol əlini islanmış saçlarında gəzdirib süni surətdə gülümsəməyə çalışdı:
– Heç nə, vallah...
– Belə, birtəhərsən ey. Elə bil səni qovurlar, dalınca düşüblər.
Bu sözü eşidəndə o, təkrarən qeyri-iradi olaraq dönüb darvazaya sarı baxdı və mümkün qədər özünü tox tutmağa çalışaraq:
– E, yox! Kim qovacaq məni? — dedi. — Ustadla vacib bir işim var. Təkdi?
– Xeyr, yanında adam var.
Məleykə nigaran baxışlarla Elməddini süzdü. Onun körkəmi nədənsə qadının canına səbəbini hələ özü də anlamadığı bir üşütmə saldı. «Yox, nə isə var!» Ərinin başına nə isə bir iş gələcəyinin daimi qorxusu içində yaşayan Məleykə belə hallarda, özü demişkən, ölübdirilirdi, gedib o dünyanı görüb qayıdırdı. O, ana sövq-təbiisi ilə uğursuz günlərin birində qapılarının beləcə döyüləcəyini, ərinin ya ölüm, ya tutulması xəbərinin gətiriləcəyini həqiqətdə olmuş hadisə kimi aydın görürdü və elə hey, hətta kişi evdə, gözünün qabağında olanda da səksəkə, qorxu və nikarançılıq hissi ilə ömür sürürdü.
Onda mən içəri girməyim, zəhmət olmasa, ustadı bir dəqiqəliyə bura çağırın, Məleykə bacı. — deyə Elməddin nə edəcəyini bilməyən adam təki ora-bura vurnuxa-vurnuxa aralıq otaqda gəzişdi: — Çox xahiş edirəm, onu çağırın...
– Keç içəri də, elə burda dayanmayacaqsan ki...
– Yox, bura yaxşıdı, tələsirəm.
Məleykə xanım sual dolu nəzərlərlə Elməddinin üzünə baxıb mütərəddid addımlarla yaşıl rəngli qapının arxasında itdi və az sonra geri qayıtdı.
– Deyir ki, gəlsin içəri, özgə adam deyil.
Elməddnn əvvəlcə döyükdü, amma ayrı çarə görməyib otağa girdi. İri, işıqlı iş otağında, yazı mizinin arxasında ustaddan başqa, arxası qapıya tərəf, enlikürəkli, cod saçlarına çal düşmüş bir kişi oturmuşdu, iki əlini də stolun ustünə qoyub nə isə oxuyurdu. Etinasız idi, heç tərpənmədi, çevrilib gələnə baxmadı da. Ustad Elməddini görən kimi kreslodan qalxdı, irəli yeridi, dostunun sifətinə diqqətlə baxıb gülümsünə-gülümsünə əlini sıxdı;
– Xoş gəlmisən, qardaş!
– Sağ olun, ustad. Necəsiniz?
– Yaxşıyam, keç əyləş.
– Yox, oturmayacağam, sizinlə təcili işim vardı. Şəfi özünə xas mehribanlıqla əlini cavan dostunun çiyninə qoyub yenə mənalı-mənalı gülümsünürdü;
– Keç otur, çaydan-zaddan iç, bu gün heç bir təcili iş ola bilməz. Həm də — o, azca yana çevrilib başı ilə qonağına işarə elədi: — həm də bizim möhtərəm yoldaşımızla tanış olarsan.
Elməddin bayaqdan yerindən qımıldanmayan kişiyə tərəf boylanıb təkcə ustadının eşidə biləcəyi bir səslə:
– Yox, ustad, vallah, çox vacib söhbətim var sizinlə! — dedi.
– Siz bilsəniz ki, necə mühüm işdir, belə sakit dura bilməzsiniz.
Elə bu zaman bayaqdan onun gəlişinə məhəl qoymayan enlikürək kişi çevrildi və mehriban bir tərzdə:
– Gəl otur, ağayi Elməddin — dedi. Fikri-zikri ustadda olan Elməddinin bu səsi eşidəndə tükləri ürpəşdi, qulaqları guruldadı, bütün vucudunu üşütmə bürüdü. Bu, bayaq onunla maşında zəhmlə danışan kişi deyildimi? O, qeyri-iradi olaraq qabağa keçdi, onun qənşərində dayandı, gözlərini geniş açaraq o kişiyə — Şəfinin «möhtərəm yoldaşımız» adlandırdığı adama diqqətlə baxdı, baxdı. Alışqan işığında, maşında siqaret yandıranda üzünə fikir vermişdi, ağ yanağındakı xalı yadında saxlamışdı. Ancaq bəs bığı? Axı o, bığlı idi. İri, qara, üst dodağını tamamilə örtən bığı vardı onun. Amma bu ağa, bu «möhtərəm yoldaş» bığsız idi! Baxışları rastlaşdı ani olaraq kişi eynən maşındakı kimi gülümsünəndə ətli yanağı azca qabardı və Elməddində daha heç bir şübhə yeri qalmadı ki, bu, həmin adamdır; çaşdı, bilmədi onun üstunə atılıb yaxasından yapışsın, ya söysün. Bəlkə, o, öz qara niyyətini həyata keçirmək üçün buraya gəlib — ustadı məhv etmək istəyir? Bəs onda Şəfinin «möhtərəm yoldaşımız» sözlərini necə başa düşməli?! Bu, nə müəmmadır? O, qəti bir qərara gəlməmiş, kişi ayağa qalxdı və irəli gəlib iri, kobud əlini ona uzatdı:
– Gəlin tanış olaq, qoçaq oğlan! — dedi və Rəhgüzərə baxıb göz vurdu. — Bayaq maşında adımı sizə deməmişdim. Mən Ziyaülhəqqəm, ağayi Elməddin.
Elməddin gah kişiyə, gah ustadına ötəri nəzər salıb tərəddüd içində ona əl verdi. Ziyaülhəqq can-dildən gələn bir səmimiyyətlə, hərarətlə Elməddinin xırda, zərif əlini möhkəm-möhkəm sıxdı, elə sıxdı ki, o, ufuldamaqdan özünü güclə saxladı, sonra böyük qardaş, yaxud ata ədasıyla onu özünə tərəf çəkib alnından öpdü, qoluna girərək divanda, yanında oturtdu:
– Sağ ol, Elməddin. Dəyanətindən, mərdliyindən və ustadına olan məhəbbətindən xoşum gəldi, halal olsun ananın südü sənə. Mən heç təsəvvür eləyə bilməzdim ki, sən ustad Məhəmməd Şəfini belə böyük məhəbbətlə sevə bilərsənmiş. Bu məhəbbətlə ancaq fəxr etmək olar.
Elməddin sehrlənmiş kimi olmuşdu. Anlar keçdikcə fikri aynıyır, iki-üç saat bundan qabaq başına gətirilən o «oyunun» mənasını yavaş-yavaş anlayır, özünü qorxaq, ağciyər yox, ləyaqətlə aparmağından yana ürəyinə axıb dolan nəhayətsiz sevinc, bayaq çəkdiyi əzabların, əsəbiliklərin, qəlbində o naməlum adamlara qarşı coşubqaynayan nifrətin, kinin-küdurətin üstünə su çiləyib öləzidir, onu fərəhləndirirdi. «Demək, bunlar məni sınayırmışlar, yoxlayırmışlar. Heç ağlıma gəlməzdi. Bəlkə də haqlıdırlar, bəlkə də elə-belə lazımdı. İndi elə zamandı ki, hər kəsə, hər «dostam» deyənə inanmaq, etibar eləmək olmaz. Bunların nə isə böyük bir məramı var». Ziyaülhəqqin maşında öz gizli təşkilatlarının məram və məqsədi haqqında dediyi sözlər, Elməddinin qulaqlarında yenidən səsləndi: «Biz çox mötəbər bir təşkilatın üzvüyük. Bizim üçün həyatımızdan da əziz olan bu xalqın, çörəyini yediyimiz doğma vətənin əmri ilə hərəkət edirik; xainlər, satqınlar ömründə bir xoş gün körməmiş, var-yoxunu yadların talayıb apardığı bu xalqın halal çörəyini yeməməlidir, bu torpağın can dərmanı olan havasını udmamalıdır, ağayi Elməddin. Belə adamlara qarşı biz amansız olmuşuq, gələcəkdə də amansız olacağıq, elələrinin ölüm hökmünü də biz özümüz veririk, özümüz də icra eləyirik...»
Elməddin o sözləri xatırlayıb: «Əgər həqiqətdirsə, nə gözəl məramdır?! Əgər həqiqətdirsə və ustadım bu yolun yolçusudursa, mən də onunlayam. Ömrümün axırına qədər onunlayam» — deyə düşünür, bu gün qəribə bir şəraitdə tanış olduğu və özünü Ziyaülhəqq adlandıran adama diqqət yetirir, onun zabitəli, çılğın bir kişi olduğunu güman edirdi.
Məhəmməd Şəfi isə lal-dinməz oturmuşdu, işıqlı, qəşəng gözləri bəxtiyarlıqla, minnətdarlıq hissilə parıldayırdı, Bu heç nəylə alınıb-satılmayan sevinc, xoşbəxtlik onu sanki cavanlaşdırmışdı, lap qayğısız, dərdsiz, qəmsiz bir uşağa döndərmişdi. Heç nə demədən, yerdən göyə qədər razılıq hissilə gözlərini qıyıb elə hey gülümsünürdü.
Aradakı sükut mənalı idi. Hər kəs öz aləmində götür-qoy edir, düşünüb-daşınırdı, hərəkətini ölçüb-biçirdi. Ziyaülhəqq də məmnun idi, çox məmnun idi. O, belə sınaqlardan yaxşı çıxan adam görəndə fərəhindən yerə-göyə sığışmaz, ləyaqətli, mərd bir yoldaş, silahdaş tapdığına yamanca sevinərdi. Əksinə, qorxağa, canını, həyatını əqidəsindən, millətindən, torpağından çox istəyənə rast gələndə, məyus olurdu, sıxılıb-balacalaşırdı və belələrinin dünyada yaşadığına təəssüflənərdi. «Kişisənsə, ömrünü kişi kimi yaşa, başa vur, ölüm onsuz da haqdır, hələ heç kəs ondan yaxasını qurtara bilməyib...» — Onun fəlsəfəsi belə idi və əlliillik həyatının çox hissəsini, ağlı kəsəndən bəri belə yaşamışdı.
Ziyaülhəqq Elməddini birinci dəfə bu gün görsə də, əslində onu çoxdan tanıyırdı. Şəfinin söhbətlərindən onun ömür yolunu, başına gələn qəzavü-qədəri müfəssəl öyrənmişdi və bu sınağa gedərkən hökmən mərd çıxacağına nə isə onda əvvəlcədən bir yəqinlik hasil olmuşdu.
– Məndən, ümid edirəm ki, inciməzsən, elə deyilmi? — deyə nəhayət Ziyaülhəqq Elməddinə müraciət edəndə o, yerində qurcalanıb:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-birinci-hisse-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
«Dünyada heç kəsin inamını öldürüb, əl-qolunu yanına salma. İnam öldürmək insan
II fəsilBirdən Bəhruzun bütün bədəni gizildədi, tükləri ürpəşdi. Çaşmış halda sükanı gah sağa, gah sola burdu. Gözlərini geniş açaraq irəli boylandı. Yeddi-səkkiz addım qabaqda daş dirəyin yanında bir adam çırpınırdı.– Qulam, Qulam, – deyə o, azca bundan qabaq onu ötüb keçən maşının ardınca qışqırdı, öz sürücü yoldaşını köməyə çağırdı. Ancaq Bəhruzun səsi eşidilə bilməzdi, maşın xeyli aralanmışdı. Bəhruz maşını nə vaxt yolun qırağına verdi, nə vaxt əyləyib yerə atıldı – özü də bilmədi. Bircə dəqiqə keçməmiş artıq o, yerdə çırpınan adamın başının üstündə idi.
III fəsilKişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.
IV fəsilBəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:
Başqa şairlərin şeirləri
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Məscid büsatıYetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Loğmanın vəsiyyətiƏshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.