XI fəsil
Dünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...
Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.
Yanındakı köhnə, yastıyapalaq evlərin mühasirəsindən qurtarmış və sanki bir qədər də göylərə ucalmış Qız qalasının tuşuna çatanda yanı beşikli və qırmızı haşiyəli bir motosiklet vıyıltı ilə Bəhruzun maşınını keçib beş-on addım qabaqda dövrə vuraraq dayandı. Üstündəki kök adam yolu kəsirmiş kimi əlini yuxarı qaldırıb aşağı endirdi:
– Dayan!
Bəhruz onu dərhal tanıdı: Ziyadxandı. Bircə anda nərgizin ətri yox oldu, uzaq, qumlu səhrada ağır-ağır irəliləyən karvanı kimsə dayandırdı, zınqırovların səsi eşidilmədi. Nə üçünsə Bəhruzun ürəyi tez-tez döyünməyə başladı. O, maşınını yolun kənarına verib saxladı və başını pəncərədən çıxarıb Ziyadxana sarı baxdı. Ziyadxan yolun bu səmtinə keçdi, ağır, ləngərli addımlarla irəli yeridi. Bəhruz fikir verirdi; o dəfəki kimi üzügülər deyildi, qaş-qabaqlı idi. Elə bil ikisini Bəhruz yemişdi, birini o...
Bəhruz salam verdi, ancaq Ziyadxan düz onun gözlərinin içinə baxsa da, salamını almadı, özünü elə tutdu ki, guya heç nə eşitmədi. Qısaca:
– Dalımca sür! – deyə əmr elədi.
– Hara?
– QAİ-yə.
– QAİ-yə nə üçün, Ziyadxan? – deyə Bəhruz içəridə sürətlə çırpınan ürəyini sakitləşdirməyə, aramla danışmağa; çalışdı. – Mən iş adamıyam, Ziyadxan. Fəhlələr gözləyir.
– İş-miş bilmirəm, fəhlə-məhlə tanımıram. Dalımca gəl dedim, vəssalam! – deyə Ziyadxan hirslə səsini qaldırdı.
Bəhruz böyük səhv elədiyini indi anladı. Gərək, elə dünən milis idarəsinə gedəydi, əhvalatı olduğu kimi orada danışaydı. Bu qaydanı ki, o bilirdi. Necə olub ki, unudub? Bəs o Balaxanımın yazdıqları? Əslinə baxsan, onu elə bu çaşdırmışdı. Balaxanımın yazması, milis idarəsinin bilməsi demək deyildimi? Yox, gərək özü gedəydi, özü danışaydı...
– İşdən sonra gələrəm, Ziyadxan. Dünən də normamı daşıya bilməmişəm, bu gün də getsəm. Axı, sən başa düş, nə qədər fəhlə...
– Mən heç nə bilmirəm. Uzunçuluq eləmə. Gəl dalımca.
Bəhruz dişlərini bir-birinə sıxıb dinmədi.
– Qorxursan?
– Nədən?
– Qorxursan tutub basalar dama?
– Mən nə eləmişəm ki, dama da basalar? Vurub qaçmışdılar...
– Sənin deməyinə kimdi baxan?! hər deyilən sözə inana bilmərik. Hələ onu biz müəyyən edəcəyik, vurub qaçıblar, ya sən vurmusan! Amma indiyəcən topladığımız mə'lumat göstərir ki, elə sən özün vurubsan!
Bəhruzun rəngi ağardı. Ziyadxan bundan ani olaraq sevinən kimi oldu. Ləzzət alırmış kimi arxayın və amiranə bir səslə davam etdi:
– Əgər soğan yeməyibsən için niyə göynəyir? Kişini xəstəxanaya gətirməyin, orada elə canfəşanlıq eləməyin, indi burda QAİ-yə getmək istəməməyin, belə ağappaq ağarmağın – bütün bunlar...
– Bəsdir, Ziyadxan! – deyə Bəhruz, demək olar ki, qışqırdı. – Gedək, hara deyirsən gedək. Ancaq sən danışma.
– Hə??! Belə?!
– Hə. Belə!.. Mən bu cür sözlər eşitmək istəmirəm, istəmirəm... Ziyadxan razı halda gülümsündü və:
– Dalımcan gəl, uzun danışmaq lazım deyil, – deyib motosikletinə sarı yönəldi.
Ziyadxan qabaqda, Bəhruz isə arxada gedirdi.
Bayaqkı – cəmi beş-altı dəqiqə bundan qabaqkı sevincdən, nəşədən əsər-əlamət belə qalmamışdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-inam-xi-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən demə, Nəzər özünü Zakirənin yanında sındırmaq istəmirmiş. Onun özündən başqa yəqin heç kəs heç vaxt bilməzdi və bilməyəcəkdi də ki, bu təqaüd əhvalatını eşidəndə nə hala düşmüşdü– elə bil qəlbində nə isə çox qiymətli və əziz bir şey qəfildən əsən tufanınmı, küləyinmi təsiri ilə daşa-qayaya dəyib çilik-çilik olmuşdu; sevinc içində göylərdə uçan o, birdən-birə qanadı qırılmış quş kimi, başı üstə yerə gəlmişdi. Qəribə idi ki, torpaq da ayağı altından qaçırdı elə bil.
Birinci hissə, beşinci fəsil...Canəli bəyin əlindən bütün kənd camaatı tük salardı. Bəy, adamların təkcə malının, mülkünün ağası deyildi, həm də canının sahibi idi, az-çox xoşbəxt olan vardısa, bəy idi onun səbəbkarı. Bədbəxt olanın da bədbəxtliyinin səbəbkarı o idi. Camaat yuxarıda, göylərdə, gözəgörünməz Allahdan, aşağıda, torpaq üstündə isə ancaq Canəli bəydən qorxub çəkinərdi. Uzunsifət, sallaqbığ, sür qaragül dəridən şüş qarapapaq qoyub, vəzinəli çuxa geyən, zəhmli Canəli bəyin hökm-fərmanlığı o əndazəyə gəlib çatmışdı ki, kimin ixtiyarı nəydi onun razılığı olmadan evlənəydi, ya qız ərə verəydi. Özü evlənən, oğul evləndirmək istəyən adam, gərək əvvəlcə (əlbəttə, qız evi ilə gizli dil tapandan sonra) boynu zınqırovlu bir qara qoçu (qoç mütləq qara olmalıydı, çünki bəyin qara qoçdan, qara atdan xoşu gəlirdi və bunu artıq kənd adamları yaxşı bilirdi) qabağına qataydı, çəkinə-çəkinə bəyin kənddə yeganə olan ikimərtəbəli evinin qabağına gələydi, işarə ilə nökər Kərimi çağırıb, onun da ovcuna bir şey — şirinlik basıb içəri sifariş göndərəydi, bəydən icazə alandan sonra həyətə keçib, adətən ikinci mərtəbədə, öz otağında, ya da eyvanda əyləşib təsbeh çevirə-çevirə çay içən kişinin hüzurunda əli sinəsində dayanaraq mətləbini ərz eləyəydi. Bəy də mütəkkəyə dirsəklənmiş halda:– Xub, xub, — deyəydi, bığlarını sol əlinin arxasıyla sığallaya-sığallaya, — Hm, nə olar, nə olar. Bir qız bir oğlanındı. Bizim borcumuz cavanlara kömək eləməkdi, yol göstərməkdi. Mən... etiraz eləmirəm, mübarəkdi, — söyləyəydi.
Birinci hissə, altıncı fəsilBu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü
Birinci hissə, yeddinci fəsilBikə xanım günorta evə gəlmişdi.– Nə olub, ay kişi? Görürəm, çox bikefsən, pərişansan neçə gündü. Dünyada pensiyaya çıxan elə bir sənsən? İtiyi itmiş adam kimi ora-bura çovuyursan. Şakir kimdi ki, sən onun sözüynən ərizə verirdin ki? Dəvədən böyük fil var. Mənə desəydin, qoymazdım səni ərizə yazasan, kişi.
Başqa şairlərin şeirləri
Şuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir
ای مدد تیره شب از موی توروز مرا روشنی از روی تو
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
QalandıGülsən də üzümə sən indən belə,Qəlbimə vurduğun yara qalandı.