Elməddinin görkəmi tamam-kamal dəyişmişdi. Uzun, yaşına yaraşmayan saqqalını vurdurmuş, əyninə təzə, ingilis parçasından tikilmiş kostyum geymişdi. Ayağındakı qara ayaqqabılar uzaqdan par-par parıldayırdı. Ağ göynək üstündən vurulmuş qara qalstuk ona necə də yaraşırdı. Xaricən o qədər dəyişmişdi ki, tanıyıb-bilənlər, hətta anası belə qarşısına çıxsaydı, bu şıq geyimli oğlanın Elməddin olduğunu ilk baxışdan ağlına belə gətirməzdi, Məhəmməd Şəfinin və ailəsinin köməkliyi, mehribanlığı sayəsində o, səfalətii, aclığın, dilənçiliyin dəhşətli pəncəsindən xilas olmuşdu. Yatmağı, yeməyiiçməyi onlarda idi. O qədər hörmət, ehtiram eləyirdilər ki, sıxılırdı və onların xəcalətindən ömrü boyu çıxa bilməyəcəyini düşünüb darıxırdı. Xüsusilə Məleykə xanımın qonaqpərvərliyi, ürəyi açıqlığı Elməddini yamanca mütəəssir eləyirdi «Elməddin qardaş» deyəndə ona elə gəlirdi ki, heç vaxt olmamış və yaxud bir zaman itkin düşmüş bacısının səsini eşidir. Ailədə hökm sürən səmimiyyət, qarşılıqlı ehtiram Elməddində xoş, hər cür paxıllıq və həsəddən uzaq bir qibtə hissi doğururdu. Heç kəs ucadan danışmazdı. Kimsə özünün arzusunu, istəyini gizləməzdi və kimsə də bu arzuya-istəyə qarşı qılınc çəkib onu susdurmazdı. Elməddin düşünürdü: Məhəmməd Şəfi xoşbəxt adamdı ki, belə ailəsi var. Təmiz, mehriban. Şair ailəsi məhz belə də olmalıdır.

Elməddin təzə pal-paltarını alıb gətirəndə Məhəmməd Şəfi də, Məleykə xanım da o qədər sevinmişdilər ki, elə bil ata-ana öz doğma oğlunu geyindirib-kecindirmək istəyirdi.

– Bir geyin görək, Elməddin qardaş! — deyə Məleykə xanım yan otağı ona göstərmişdi. — Necə yaraşır görək?!

Elməddin Şəfinin üzünə minnətdarlıqla baxıb o biri otağa keçmiş, paltarını dəyişib çıxmışdı.

Şəfi də, Məleykə də onu təpədən-dırnağa süzüb birağızdan demişdilər:

– Mübarəkdi. Sağlıqnan geyəsən!

– Sağ olun. Minnətdaram.

İş hələ tapılmamışdı. Məhəmməd Şəfinin bütün ciddi səyinə baxmayaraq axtarışlar müsbət nəticə verməmişdi.

«Pərçəm»in redaksiyasında qəzet satan yeri vardı. Məhəmməd Şəfi söhbət əsnasında bunu ağzından qaçırtmışdı. Elməddin buna razı idi:

– Ustad, mən qəzet sata bilərəm.

– Küçə-küçə gəzib qəzet satacaqsan?

– Nə olar, ustad? Təki bekar qalmayım.

– Yox, Elməddin. O, on-on iki yaşlı uşaqların işidir. Sən küçədə qəzet satanları görübsənmi?

– Görmüşəm, ustad.

– Gərək boğazdan saz olasan. Müştəri haylaya biləsən. Sonra gərək utanmayasan. İki rupilik qəzeti iki rupi yarıma, üç rupiyə sata biləsən ki, sənin də çörək pulun çıxa. Bu üz də səndə yoxdu. Ona görə də mən məsləhət bilmirəm...

Söhbətə qulaq asan Məleykə də canıyananlıqla əlavə etmşidi:

– Yox, qardaş, sizə yaraşmaz o iş.

– Deyirsiniz bu paltarda yaraşmaz? Bunları çıxardıb «dava paltarımı» geyərəm, onda yaraşar?

– «Dava paltarı» nədi?

– Öz köhnə-külələrimi də. Gülüşmüşdülər.

– Səbr elə, Elməddin, bir münasib yer tapılar, — deyə Məhəmməd Şəfi yenə onu darıxmağa qoymamışdı.

Bürkülü yay axşamlarının birində Elməddinin yolu parka düşdü. Bağa daxil olan kimi burada, radio vurulmuş dirəyin dibində yatdığı ilk gecələri xatırladı və o səmtə yönəldi. Üç-dörd uşaq çəməndə oturmuşdu. Çörək yeyirdilər. Geyimli-kecimli oğlanın onlara yanaşdığını görən təki cəld ayağa qalxıb ona sarı cumdular:

– Ağa, peysə lazım.

– Ağa, peysə lazım.

Elməddin köhnə-külə paltarda olanda, beş addımlıqlarında gecələyəndə onlar əl açıb sədəqə istəməmişdilər. Ancaq indi istəyirdilər. Çünki Elməddin indi doğrudan da ağaya —varlı, pullu adama oxşayırdı və indi ondan sədəqə istəmək olardı.

– Bəs o biri yoldaşlarınız hanı? — deyə Elməddin çıxardıb hərəsinə iki rupi pul verdi.

– Hələ gəlməyiblər.

– Bəs Məmməd hanı? Sısqa oğlan cavab verdi:

– Onu tutublar.

– Nə üçün?

– Bir ağanın cibinə girmişdi. Quldurun biri idi. Hamıdan oğurluq eləyirdi, yeri düşəndə bizim də qəpik-quruşumuzu oğurlayırdı. Siz haradan tanıyırsınız onu, ağa?!

– Mən sizin hamınızı tanıyıram.

– Hardan, ağa?

– Neçə gün burda qonşu olmuşuq. Siz burda yatırdınız, mən orda — o, dirəyi nişan verdi. Uşaqlar bir-birinii üzünə baxdı. Tanıdılar.

– Məmməd sizin də cibinizə girib, ağa.

– Bilirəm, bilirəm. Axırıncı pulumu, ümidimi oğurlamışdı.

Fikirli-fikirli uzaqlaşdı. «Kimdi günahkar, yarəb? Bu başsız yurdsuz-yuvasızlarmı, ya... kim?».

Elməddin bu günlərdə «Pərçəm»i, «Tərcüman»ı, «Pəyame vicdan»ı və sair şəxsi qəzetləri ciddi mütaliə eləyir, dövlət qəzetləri ilə müqayisə eləyir və Məhəmməd Şəfinin dediyi sözlərin nə dərəcədə doğru olduğunu öz ağlı, mühakiməsi dairəsində yəqinləşdirirdi.

«Pərçəm»in son nömrəsində Əfsanə haqqında elan çıxmışdı. Axtarış elanı... Elməddin özü də dördgözlə itkin düşmüş Əfsanəsini axtarırdı. Kaş, o tapılaydı. Elməddin onun ayaqlarına düşər, yalvarar, «mən sənə çox zülm eləmişəm, Əfsanə» deyərdi. Amma günlər qanadlanıb intizarla sovuşur, nə redaksiyaya xəbər verən olurdu, nə də itkin Əfsanə onun özünə rast gəlirdi. İndi-indi o, Əfsanəni çox istədiyini dərk edir və təəccüblənirdi ki, bu hiss nə qəribə hissdir: gah güclənir, ona rahatlıq vermir, gah da sahilə dəyib qayıtmış dalğa kimi zəifləyib ümumi, gündəlik hisslərin axınında əriyib yox olurdu. İndi yenə güclənmişdi, yenə şahə qalxmışdı. Yenə Elməddinin könlünü təlatümə gətirmişdi.

Paytaxtın qaynar, qızğın həyatı Elməddinin başını qarışdırır, onu bu vaxta qədər qapanıb qaldığı məhdud daxili aləmindən çəkib çıxarırdı. O indi hər şeyə ayrı gözlə, ayrı nəzərlə baxırdı. Xüsusən Rəhgüzərin evində vaxtaşırı olan ədəbi-siyasi söhbətlərə o, çox diqqətlə qulaq asır, hər məclisdən bir şey öyrənməyə çalışırdı. Rəhgüzərin evi ədəbi-bədii yığıncaqlar yeri idi. Müxtəlif adamlar — Elməddinin adını eşidib üzünü görmədiyi şairlər, yazıçılar, rəssamlar bura yığışır, çay stolu arxasında qızğın söhbətlər, münaqişələr başlanırdı. Çox vaxt bu söhbətlər gecəyarıdan keçənəcən davam eləsə də, Qəzet adlarıdır. axırda yenə qurtarmamış qalırdı. Məleykə xanım təmkinini pozmadan özünə xas olan mülayimliklə çayları tez-tez dəyişir, arabir kənarda dayanıb danışıqlara qulaq asır, ancaq kəlmə də kəsmirdi. Məhəmməd Şəfi gələn qonaqlara Elməddini cavan şer həvəskarı, özünün yaxın dostu kimi təqdim edirdi ki, bundan o çox sıxılırdı. Şairlər şerini oxuyur, oturanlar qulaq asır, sonra müzakirələr başlanırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, altıncı fəsil

Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:

14 dəq
Birinci hissə, yeddinci fəsil

«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.

12 dəq
Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 dəq
Birinci hissə, doqquzuncu fəsil

«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.

8 dəq

Başqa şairlərin şeirləri