Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.

Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

Elməddin gümanı gələn bütün obaları, kəndləri, vilayət şəhərlərini ələk-vələk elədi; amma gəlindən bir soraq verən olmadı.

Evdən çıxdığının iki ayı tamam olanda Elməddin bu işin boşbihudə olduğunu dərk edib axtrışdan əl çəkdi. Bəs nə etməli? Yenə Ədnana qayıtmalı? Yox, bunu Elməddin edə bilməyəcəkdi. O bir daha Ədnan camaatının gözünə görünmək, tənəli, rişxəndli baxışlar altında başını aşağı dikmək, xəcil olmaq istəmirdi.

... Elməddin ürəyində ağır bir hiss duydu. İndi onun fikri aydın idi: kəndə qayıtmayacaqdı, burdan birbaş mərkəzə - məmləkətin paytaxtına sarı üz tutacaqdı. İrəlidə onu nələr gözləyir? — xoşbəxtlikmi, fəlakətmi?! — bunun indi Elməddin üçün fərqi yox idi.

Günəş qərb tərəfdə ucalan çalmalı dağın başı üstündən aşmaq üzrə idi. Hündürlü-alçaqlı dağların arasında yerləşmiş qədim şəhərin üzərinə yavaş-yavaş qaranlıq çökürdü, günəş dağın kəlləsindən asta-asta qüruba doğru sürüşdükcə qaranlıq daha da qatılaşır, dağlarla əhatə olunmuş şəhərin işıqları yanmağa başlayırdı. İşıqlar sanki qədəmqədəm yeriyir, dağlara qalxırdı; hündürlükdə, dağların ətəyində salınmış evlərin işığı yanırdı.

«İnsaf» şirkətinə mənsub köhnə, lakin müxtəlif rənglərlə bəzədilmiş avtobus iki dağın arasından keçib gedən yoxuşu endikcə içəridə yox, avtobusun alçaq məhəccərli damında oturmuş Elməddinin ürəyi naməlum, anlaşılmaz bir titrəyişlə çırpınırdı. Onun qarşısında naməlum, yeni, indiyəcən düz-ağıllı təsəvvür belə edə bilmədiyi birmənzərə, bir aləm canlanırdı. Kitablarda, qəzetlərdə məmləkətin qədim şəhərlərindən olan paytaxt haqqında çox oxumuşdu, lakin bu məlumatların böyük əksəriyyəti şəhərin təmtəraqlı, şanlı-şöhrətli keçmişinə aiddi.

Avtobus uca minarəli Hacı Yaqub məscidinin böyründə dayandı, altı saatlıq yol gəlmiş yorğun-arğın müsafirlər xurcunlarını, heybələrini götürüb düşdülər; avtobusun üstündə oturmuş sərnişinlər də arxa tərəfdəki balaca, dəmir nərdivanla aşağı endilər. Hərə bir səmtə üz tutub getdi.

Bu şəhərə birinci dəfə qədəm basan, heç kəsi tanımayan Elməddin də hara gedəcəyini bilmədən ağır addımlarla avtobusun dayanacağından uzaqlaşdı. Küçələrə asfalt döşənmişdi. Enli, iki qatar maşın keçən yolun o üz-bu üzündə ikimərtəbəli, birmərtəbəli evlər cərgə ilə düzülmüşdü. Bəzi küçələrdə küknar ağacları əkilmişdi. Gözəl, yaraşıqlı maşınlar elədən-belə şütüyürdülər. Hər şeyə diqqətlə baxa-baxa addımlayan Elməddinin burnuna kabab iyi dəydi. İrəlidə, balaca artırması olan kiçik bir binanın qabağında, başına araqçın qoymuş on üç-on dörd yaşlı bir oğlan əlindəki həsir yelpazə ilə manqalın gözünü yelpikləyirdi. Elməddin yaxın gəldi. Şişlər közün üstündə cızıldayırdı. Bərk aclıq hiss eləyən Elməddin oğlanın qabağında dayandı: oğlan tez-tez yelpikləyir, bir əlilə də şişləri çevirirdi. Başının üstündən asılmış elektrik lampasının işığında Elməddin oğlana fikir verirdi: oğlan ona baxmadan öz işini görürdü.

Elməddin içəri girib bir kabab sifariş verdi. On dəqiqədən sonra o, aclığını dəf eləyib ona tanış olmayan şəhərin küçələrinə çıxdı. Gözləri cah-cəlallı binalara, ağzınacan gözəl, xarici mallarla dolu olan mağazaların işıqlı vitrinlərinə baxırdı.

Yayın qızmar vaxtı olsa da, axşamlar havalar soyuyurdu. Elməddinin əynində nazik köynək vardı. Ayaqqabısı köhnəlib əldən düşmüşdü. Paltarı ümumiyyətlə çirkli və köhnə idi. Cibində qalan pulunu bayaq kababxanada yoxlamışdı. Cəmi-cümlətanı yüz qırx rupi idi. Bir yüzlük, iki dənə də iyirmilik... Bu pul ona nə qədər çatacaqdı? Tanış yox, qohum-əqrəba yox...

Düşüncəli-fikirli gəzirdi. Nə axtarırdı, nə üçün gəzirdi — bunu soruşan olsaydı cavab verə bilməzdi.

Ticarət bankının qabağından keçəndə küçənin o biri tərəfində üstünə işıqla «Hotel» yazılmış ikimərtəbəli «binanı görüb ayaq saxladı; harada gecələmək məsələsi indi yadına düşdü. Doğrudan bu qərib, naməlum şəhərdə harada gecələyəcəkdi? İti addımlarla küçəni keçdi, «Hotel»in qapısına gəldi. Burada çoxlu müxtəlif markalı maşınlar dayanmışdı. Səkidə başına ağ papaq qoymuş, əlində ağ əlcək olan bir polis o tərəf-bu tərəfə gəzinirdi.

Elməddin özünü içəri saldı. Birinci mərtəbədəki çox da böyük olmayan zalda yaxşı geyinib-kecinmiş beş-altı kişi, üç nəfər də avropa qaydasında geyinmiş, əlləri yelpazəli xanım dayanmışdı. Balaca, şüşə pəncərə ağzında qoyulmuş miz arxasındakı eynəkli, çənəsi uzun kişi növbəyə dayanmış adamların pasportunu alır, nəsə yazır və sonra pasportu özünə qaytarırdı. Elməddin diqqət yetirdi, onların verdiyi pasport da başqa cür idi, pul da. O saat anladı: bunlar xaricilər idi. «Hotel»in xidmətçiləri izzət-ehtiramla nömrə alan ağanın çamadanını götürüb «befər-maid, mister!» — deyə yuxarı aparırdılar. İyirmi dəqiqədən sonra eynəkli kişi:

– Sənə nə lazımdı, ağa? — deyə təəccüblə xəbər aldı.

– Gecələmək üçün yer, ağacan.

Eynəkli ağzını doldurub nəsə demək istədi, ancaq hiss olundu ki, sözünü dəyişib soruşdu:

– Təzkirən var?

– Var, ağa. Buyur.—O, cibindən boz cildli, iki vərəqli pasportunu çıxardıb kişiyə verdi.

Eynəkli kişi pasporta gözucu baxıb:

– Yerimiz var, ağayi Elməddin, — dedi. — Ancaq... Sənin pulun varmı?

– Var. Gecəsi neçəyədi ki?

– Gecəsi iki yüz rupiyə. — Neçəyə? — İki yüz rupiyə, dedim!

– İki yüz rupiyə? — Elməddin heyrətlə içini çəkdi...

– Bəli...

Elməddin ona diqqətlə baxdı və:

– Xudahafiz, ağa! — dedi və sürətli addımlarla bayıra çıxdı. Arxadan gülüş səsi eşitdi, ancaq əhəmiyyət vermədi...

Elməddin məyus halda gəzə-gəzə bir bağa gəldi. Buranın adı bağ idi — amma cəmisi beş-altı söyüd və yeddi-səkkiz də küknar ağacı basdırılmışdı. Ortada çəmənli-çayırlı təpə ucalırdı. Elməddin özünü təpəyə sarı verdi. Yaxınlaşanda gördü ki, təpənin o biri tərəfində ayaqları yalın, paltarları cır-cındır, üzləri solğun bir dəstə uşaq oturub. Təpənin düz kəlləsində basdırılmış dirəyin başına bərkidilmiş radioda nəsə danışırdılar.

Elməddin dirəyin dibində uzandı və başını da dirəyə söykədi. Buradan uşaqlar aydın görünürdü. Başının tükü uzanıb çiyninə, alnına tökülmüş doqquz-on yaşlı oğlan çəməndə oturmuşdu: böyründə altı-yeddi yaşı ancaq olan uşaq yanı üstə uzanıb əlini qulağının dibinə dayaq vermişdi. İki addım o yanda uşaqlardan bir neçəsi çörək yeyir və nəsə danışırdı. Birdən cılız, qırxıqbaş uşaq ağlaya-ağlaya qalxdı, böyründə oturan kəkilli oğlana dedi:

– Mənim çörəyimi ver. Səninçün dilənmişəm? — Əlini ona sarı uzatdı: —Deyirəm ver mənim çörəyimi, özüm acam. — Kəkilli oğlan çörəyi ağzına təpə-təpə qırxıqbaşı təpikləyib geri itələdi: oğlanın taqəti yoxmuş kimi, yerə yıxıldı.

– Kəs səsini, pedər lənət, — deyə onu hədələdi.

Kəkilli oğlanın xasiyyətinə bələd olan uşaq qorxusundan ağlamağına ara verdi. Ancaq yazıq-yazıq dediyi bu sö? ləri Elməddin eşidirdi:

– Haramın olsun. Gücnən bir qarın çörək tapmışdım.., onu da əlimdən aldın. Səhər bura heç çörək gətirməyəcəyəm o yanda, çayın qırağında tapdığımı yeyəcəyəm, sonra gələcəyəm.

Uşaqların arasından nisbətən iri sümüklü, cırıq şalvarından dizi görünən bir oğlan yerindən sıçrayıb kəkilli oğlanın başının üstünü aldı, əl atıb yaxasından yapışaraq qaldırdı:

– Qaytar o gədənin çörəyini.

– Yedim, — deyə kəkilli udquna-udquna çavab verdi.

– Yalan deyir, yediyini yedi, qalanını da çantasına qoydu — çörəyi alınan uşaq da dikəldi.

– Ver çörəyimi, mən acından ölüm, Səxi? Bütün gün şəhəri ayaqdan salmışam, bir tikə çörək, bir qran pul verən olmayıb.

Səxi elə bil yumşaldı:

– Xoşluqnan istə, Məmməd, verər, yeyərsən, verməz, oturarsan ac, Mənim kimi.

– Oturarsan, canın da çıxar. — Səxi adlanan oğlan yenə səsini ucaltdı. — Burda heç kəs kimsədən bir şey əsirgəmir. Mənim var, sən də ye. Ancaq zornan yox, xoşluqnan.

– Xoşluqnan vermir axı? Sən Həsənin xəsisliyini bilmirsən?

– O vermir, başqası verər. Qaytar, qaytar, deyirəm. O xəstədir, yeməsə...

Məmməd məcburi halda çantasında gizlətdiyi çörəyin parçasını çıxardıb Həsənə verdi. Dodaqaltı deyinə-deyinə Həsən çörəyi acgözlüklə yeməyə başlayanda uşaqlardan biri söz atdı:

– Ay Həsən, az ye, partlayarsan. Bir ayrısı da əlavə etdi:

– Baxarsınız, biz acından ölsək, Həsən toxluğundan öləcək; partlayıb öləcək.

Həsən bu sözləri eşitmirmiş kimi, əhəmiyyət vermədən ağzındakı son tikəni çeynəməmiş udub uşaqların süfrəsinə göz dikdi.

Bu uşaqlar haqqında kimsə Elməddinə heç nə deməsə də, onların söz-söhbətindən, rəftarından və görkəmindən başa düşmüşdü ki, bunlar yetim, yurdsuz-yuvasız uşaqlardır. Gündüzlər dilənirlər, axşamları «qazandıqlarını» gətirib burada yeyirlər. Deyəsən elə burada da gecələyirlər.

«Məmləkətin yurdsuz-yuvasız, ac-yalavac balaları — deyə Elməddin köksünü ötürdü. — Dilənçilərin də güclüləri-gücsüzləri var, acları-toxları var, adilləri-zalimləri var. Dünyamız kimi. Bu da balaca bir dünyadır — acı var, toxu var, güclüsü, gücsüzü var, haqq tərəfdarı olanı da var...».

Elməddinin başının üstündəki radioda bir qadın danışmağa başladı. O deyirdi:

– Axşamınız xeyir, əziz balalar! Sizin üçün verilişimizə başlayırıq.

Qadın belə deyəndə yeyib doymuş, kefi kökəlmiş Həsən ucadan söylədi:

– Qulaq asın, anamız danışır.

Hamı susdu.

Qadın deyirdi ki, bu gün uşaqların bayramıdır — bütün dünyada uşaqları müdafiə günüdür.

Bəlkə də bu yurdsuz-yuvasız uşaqlar bunu özləri başa düşmürdülər, — ancaq Elməddin anlayırdı ki, bu bayramın onlara heç bir dəxli yoxdur; ümumən hər axşam təkrar olunan bu veriliş də onlar üçün deyil, evlərdə, ata-analarının yanında nazlanan, şıltaqlıq eləyən, radioları olan xoşbəxt uşaqlar üçündür. Haradasa, radio verilişləri idarəsinin binasında oturan diktor arvad yatmamışdan qabaq onlar üçün hər gecə şirin, maraqlı nağıllar danışır, axırda onlara üz tutub mehriban bir tərzdə «gecəniz xeyrə qalsın, əziz balalar, yuxunuz şirin olsun!» deyirdi. Elməddin indi, dirəyə söykəndiyi halda, təmiz, ağ ipək yorğan-döşəklərdə xumarlanan «əziz balaların» göz qapaqlarının astaca yumulduğunu, ya atanın, ya da ananın ehmalca yorğanı övladının üstünə çəkdiyini, əyilib alnından öpdüyünü aydınca təsəvvür eləyirdi.

Həsən dedi: «Qulaq asın, anamız danışır». — Bu sözlər Elməddinin qulaqlarından getmirdi. Bu uşaqların anaları yox idi. Diktor qadın isə analara məxsus şirin, mehriban səslə danışanda uşaqlara elə gəlirdi ki, bu, onların nə zamansa olmuş, nə zamansa, harasa çıxıb getmiş doğma analarının səsidir. Onlar fikrən, xəyalən başlarını ana dizi üstə qoyub nağıllara, şerlərə qulaq asırdılar. Nağıl danışan qadın, onlara hər gecə şirin bir dillə «balalarım» deyən diktor bu binəsiblərin həyatının bir parçasına çevrilmişdi — doğma anaları olmuşdu. Hər gecə eyni vaxtda onları yada salan, nağıl danışan, bütün günü heç kəsdən eşitmədikləri xoş sözlər deyən, ancaq üzə çıxıb dərdlərinəsərlərinə qalmayan, yuyundurub-geyindirməyən həm yaxın, həm də əlçatmaz bir ana olmuşdu. Yenə yaxşı ki o varmış, yaxşı ki kimlərsə fikirləşib o gözəgörünməz arvadı ora qoyublar ki, bu yetimlərə «əziz balalarım» deyib könüllərini şad eləsin. Bəli, o məhz bu yetimlər üçün danışır. Atalı-analı olanların onun isti-ilıq sözlərinə ehtiyacları yoxdur, bu sözləri o uşaqların öz anaları hər gün deyir. Bəli, o, bu yetimlərin anasıdır ki, qeyb olub harasa çəkilmiş, uzaqdan, o sirli-sehrli ağ qutunun içindən ayrı düşüb itirdiyi balalarına nağıl danışır, onlara şirin yuxu arzulayır. Hər gecə...

Elməddin gecə saat birəcən radio ilə verilən verilişlərə qulaq asdı; uşaqlar bir-birinə qısılıb çoxdan yatmışdılar. Elməddini də yuxu apardı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, dördüncü fəsil

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

20 dəq
Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 dəq
Birinci hissə, altıncı fəsil

Səhəri gün, dünənki qeyri-adi iclasın doğurduğu çaxnaşma və təəssürat öləziyib səngiməmiş, hamını nigaran qoyan Gülmirənin çıxışının nəticələri aydınlaşıb durulmamış, institut divarları arasında başqa maraqlı, söz-söhbətə səbəb olan bir xəbər gəzib dolaşmağa başladı; dünən prezidentin prizidiumda geniş, ətraflı məruzəsindən və təklifindən sonra, akademik Aslanzadəni direktor vəzifəsindən azad etmiş, yerinə isə elə institutun öz əməkdaşı, şöbə müdiri, akademik Nurəddin Osmanzadəni qoymuşdular. Prezidiumun gedişinin təfsilatından institut işçilərinin heç birinin tutarlı, dəqiq məlumatı yox idi, təkcə xəbər özü gəlib çatmışdı və camaat arasında möhkəm pıçhapıça səbəb olmuşdu. Akademik Aslanzadə üzdə olan, sayılıb seçilən, bir neçə xarici ölkə Akademiyalarının fəxri üzvü intixab edilən nüfuzlu alim olmaqdan əlavə, institut kollektivinin də dərin hörmətini qazanmış ağıllı, tədbirli direktor kimi də tanınmış və sevilmişdi. Direktor işlədiyi on il ərzində də akademik Aslanzadə laborantdan tutmuş akademikinə qədər bir kimsənin xətrinə dəyməmiş, günahkar olanın üstünə belə səsini ucaltmamış, hamını — cavanı da, qocanı da şirin dillə dindirib işlətmiş, elə şərait yaratmışdı ki, burada çalışan alimlər instituta öz evi kimi, öz ailəsi kimi baxmış, gecəni gündüzə qatıb yazıb-yaradaraq Bakıda, Moskvada və xarici ölkələrdə çap etdirdikləri əsərlər, kitablar ictimai elmlər sahəsində nüfuzlu və mötəbər yer tutmuşdular. Əvvəllər, təzə yaranan vaxtı cəmi-cümlətanı iki-üç şöbədən ibarət olan institut, onun səyi, tələbi sayəsində xeyli böyümüş, kollektivi otuz nəfərdən artıb yüz əlli üç nəfərə çatmışdı. Ali məktəb bitirib təyinatını bura almış cavanlar, uzaq başı üç-dörd ilə müdafiə eləyir, elm aləmində öz sözünü deməyə başlayırdılar. Bu cavanlardan kimi dindirsəydin, Aslanzadənin atalıq qayğısından, mehribanlığından və qərəzsiz tələbkarlığından ağızdolusu danışardı. Elmlər namizədləri isə tez bir zamanda doktor olurdular. Elə indi onun yerinə təyin olunmuş Nurəddin Osmanzadə də Aslanzadənin köməyi və qayğısı nəticəsinə demək olar ki, çox sürətlə elmlər doktoru, sonra müxbir üzv, iki il keçəndən sonra isə akademik olmuşdu.Akademiyanın rəhbərliyi, şöbələrin əməkdaşları — böyükdən-kiçiyə ondan hədsiz dərəcədə razı idi. Hamıya elə gəlirdi ki, daha bundan yaxşı işləmək olmaz, o, ölənəcən bu institutun direktoru olacaq və dünyadan köçəndə isə böyük və tarixi şəxsiyyət kimi, yaranmasında, təkmilləşməsində, tanınmasında misilsiz xidmətləri olan Aslanzadənin adını bu instituta verəcəklər — çünki doğrudan da o, bu elm ocağı üçün can qoymuşdu, ömür çürütmüşdü. Saçlarını elm yolunda ağartmış, gözlərinin nurunu qədim və qiymətli əlyazmaları üzərində əritmiş, neçə-neçə sanballı əsərin müəllifi, neçə-neçə sanballı alimin ustadı olmuş akademik Aslanzadə görəsən niyə birdən-birə direktorluğa yaramamışdı? Bu sual bu gün hamını düşündürürdü — fikirlər haçalanırdı; kimi deyirdi prezndentlə arası dəyib — çünki onun qardaşı qızını işə götürməyib, daha doğrusu, şəxsi söhbətində başa düşüb ki, qız çox savadsızdır, bura qəbul eləsə, ancaq boş yer tutacaq, ondan alim olan deyil — buna görə də «mənim prezidentə çox böyük hörmətim var, ancaq səni qəbul edə bilmərəm — bu institut mənim atamın institutu deyil, dövlətindi, xalqındı, qızım. Onları isə aldatmağa nə prezidentin, nə mənim haqqım var! Bizim tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı bilməyənin burda işləməyə mənəvi ixtiyarı yoxdur!» — demiş və geri qaytarmışdı. Kimi deyirdi ki, yox, prezidium iclasında Aslanzadə prezidentin üzünə qabarıb; baş elmi işçilər konkursdan keçəndə guya prezident onlara qəribə-qəribə suallar verirmiş; məsələn, tarixçilərdən birinə deyib ki, «sən hansı musiqi alətində çala bilirsən?» Bir dilçiyə deyib: «Sən oxumaq bilirsən? Qarabağlılar hamısı oxuyan olurlar?» Başqa kimə isə söyləyib: «Sən rəqs etmək bacarırsan?» ...hamısı «yox!» — deyə cavab vermiş, bu zaman prezident hirslənib: «Bəs siz necə azərbaycanlısınız? Nə oxuya bilirsiniz, nə oynaya bilirsiniz, nə çala bilirsiniz!» — söyləmişdi. Onda akademik Aslanzadə, prezidentdə çoxdan müşahidə elədiyi bu «adətə» daha tab gətirməyərək ayağa qalxmış, «mən üzr istəyirəm, yoldaş prezident, bura akademiyadır, filarmoniya deyil, biz konkursdan alim keçiririk, artist, aktyor yox. Belə suallar bizim bu alimanə məclisimizdə çox gülünc görünür. Bir də azərbaycanlılıq təkcə oxuyub-oynamaqla müəyyən olunmur məncə. Həm də bu cavan alimlər çalıb-oynamaq bilsələr də, durub bu qədər aliminağsaqqalın qabağında çalıb-çağırası deyillər ki? Siz onlara işlədiyi, tədqiq elədiyi sahələrə aid suallar versəniz daha yaxşı olmazmı?»

15 dəq
Birinci hissə, yeddinci fəsil

Bu heç yaxşı əlamətə oxşamırdı. Tərs kimi, təzə direktorun– akademik Nurəddin Osmanzadənin işə çıxması qış girən günə düşmüşdü; təkcə cavanların yox, heç qocaların da yadına gəlmirdi ki, Bakıda dekabrın iyirmi birində — ağ gözlü, buz nəfəsli qış daxil olan gün bu qədər qar yağmış olsun. Uzun-uzun illər idi ki, həmin axşam — payızla qışın ani olaraq qovuşub-ayrıldığı vaxt hava soyuyardı, şaxta-ayaz artardı, göylərdə parlayan iri-iri, ağ-ağ ulduzların nəfəsindən torpağa qırov ələnərdi — ancaq qar yağmazdı. Bu gecə isə, nə qədər qəribə olsa da, yağmışdı — yumşaq, qalın, ağlığı ilə adamın gözünün şoxunu aparan qar! Trolleybuslarda, avtobuslarda, taksilərdə, öz şəxsi maşınlarında işə gələn alimlər, elmi işçilər, laborantlar hələ bu gün qar yağmasına pis məna vermirdilər — çünki təzə direktorun məhz bu gün — bu qarlı çovğunlu gündə işə çıxaçağını heç kəs gözləmirdi. Lakin saat doqquzda, onun yarısında hamı instituta toplaşıb öz iş stollarının arxasına keçəndən az sonra Şərqiyyə şöbələrin qapısını bir-bir açıb adamları iclas salonuna dəvət eləyəndə qayğılı-qayğılı gülümsündü və:

20 dəq

Başqa şairlərin şeirləri