Səhifə 20 / 20 · 95%

Bu, on birinci məktubundur. Mən Bünyad ilə maşında gəzməyə çıxmışdım: sən getmədin. Axşam onu evə gətirəndə sən bu məktubu yağışlığımın cibinə qoymuşdun.

«Əzizim, salam. Məni görürsən, mən də səni görürəm ki, necəsən. Ona görə daha soruşmuram. Yaxşı ki, mən getmədim. Mənə ləzzət vermir, sənə isə daha çox.

Bilirsənmi, hərdən dəli bir istək çulğayır məni. Sanki daxilimdən bir səs: «qanunu poz, sədləri aş» – söyləyir. Lakin bacarmıram. İstəmirəm mənə qarşı çıxan bu «mən» ⎯ mənə qələbə çalsın. Bu hallarda mənə sənin köməyin lazımdır: çox xahiş edirəm, köməyini əsirgəmə. Əks-təqdirdə hər ikimiz məhv ola bilərik. Sən ki, bilirsən, mənim pessimizmim güclüdür, səni də bədbinləşdirir. Bu qədər. Hələlik hər şey yaxşıdır.

Əlbəttə, sənin üçün bilmirəm, mənim üçün «hə». Əgər biz biriksə, sənin üçün də pis olmamalıdır. Görürsən, mən səninlə getsəydim, heç nə danışa bilməyəcəkdim: indi isə səninlə «asudə» danışıram. Bu da yaxşıdır, deyilmi? Hərdən sənə baxıb düşünürəm: bizi nə doğmalaşdırıb, nə birləşdirib?

Fikrimizmi, təbiətimizmi, eyni sənətmi, ürəyimizmi? Bəlkə də eyniyyət təşkil edən ruhumuz? Bəlkə hər şey, bəlkə heç nə. Amma doğmayıq ⎯ bu özü də bir şeriyyətdir.

Nədənsə imkan olmadıqda mən sənə verdiyim əziyyətlər üçün ürəkdən acıyır, səni sevmək, əzizləmək istəyirəm. Sonra da tezcə öz fikrimdən belə utanıb qızarıram və bilmirəm niyə, imkan, şərait olanda vaxtı ilə arzuladığım, əzablarını yüngülləşdirəcək nəvazişlərimi səndən əsirgəyirəm. İstəyirəm səni ancaq dinləyim, məni yenidən, yenidən, yenidən sevdiyini eşidim. Çünki sənin sözlərin sonra, sənsizlik saatlarında ⎯ gün olmur ⎯ mənim qulağımda yenidən səslənir və mən yenə ⎯ «qiyabi» səninlə oluram. Buna görə də həmişə sənə: «otur, yerindən danış» ⎯ deyirəm. Hissiyyata qapılma. Bu da bizim məhəbbətimizin orijinallığıdır. Bizim o qədər elə təkrarolunmazlıqlarımız var ki…

Səni kədərli görmək mənim üçün çox ağırdır. Nə edim, neyləyim sənin gözlərinin dərinliyindən, dəniz kimi dərin gözlərindən o kədəri çıxarım? Mən ancaq o dənizdən çıxan bəzi «mirvari» damlalarını silə bilirəm. Bəlkə də məni sənə elə o kədər bağlayıb? Axı sənə gülmək də çox yaraşır!

Ay məni sözlərimdən çox, gözlərimdən başa düşənim, səninlə tək olanda məni qorxutma. Səni itirmək istəmədiyim üçün, mənimlə mən istədiyim kimi rəftar et…»

On altıncı məktub. Bunu may ayında yazıbsan. Bərk darıxmışdım, kimdənsə bir siqaret alıb çəkmək istəyirdim: bunu sən gördün. Bu məktubu həmin axşam yazıbsan.

«Sənin əzabına dözə bilmirəm. Sən isə mənə özün də istəmədən əzab verirsən. Heç bilirsən nə qədər xarab olmusan? Çəkmə də, sənin üçün məndən artıqdır məgər? Vaxtlı-vaxtında ye, özünə fikir ver. Dünən elə hirslənmişdim ki… Mən elə bilirdim ki, həmişə məni öz yanında hesab edirsən. Lakin səndən heç on addım da uzaqlaşmamışdım, elə bil, kimsə mənə dedi ki, dön geri bax. Baxdım və istədim ki, sən də görəsən gördüyümü. Bir də elə etmə, çox xahiş edirəm. Əks-təqdirdə mən yerə düşürəm göylərdən. Bu isə mənim üçün çox ağırdır. Hələlik sağ ol.

… Bir azdan əmimgilə gedəcəyəm onunla. Gəlmə axşam. Sabaha qədər. Kədərlənmə, həmişə bizim istədiyimiz kimi olmayacaq ki… Yaxşı ki, gəldin, hirsim soyudu. Lal-dinməz küsdüyüm kimi, lal-dinməz də barışdım».

Başqa bir məktub.

«İndicə sənin povestinin səhnələşdirilmiş verilişinə qulaq asırdıq. «Müharibə qurtarmır» a. Yaxşı əsərdir: ürəklə yazmısan. Aydın da, Fatma da çox yaxşı oxudu. Həsən Əbluc isə lap aləm yaradırdı. Dinlədikcə ürəyim dağa dönürdü. Sevincimi gizləyə bilmirdim. Bünyad buna deyəsən bir az təəccüb də elədi. Yanımda olsaydın, heç nəyə baxmazdım, səni bağrıma basıb öpərdim, Toğrul. Yadıma düşdü ki, bu əsəri mənim verdiyim qələmlə yazmısan; yerə-göyə sığmırdım. Sağ ol, Toğrul, mənim arzumu ürəyimdə qoymadın. Bu, mənim üçün ən böyük mükafat idi. Mən şöhrətpərəst deyiləm: bunu səninlə məndən başqa heç kəs bilməyəcək, amma buna baxmayaraq, ürəyimdə bir rahatlıq və yüngüllük duyurdum. Nə vaxtdı belə ürək dolusu sevinməmişdim.

O verilişi maqnitafona yazmışam, saxlayacağam, Toğrul.

MƏN: ⎯ Toğrul Nərgizin məktublarından gözünü çəkdi, maqnitafonu qurdu: Nərgiz söhbətinə davam etdi.

NƏRGİZİN SƏSİ: ⎯ Sən sadə adamsan, Toğrul. Sənin böyüklüyün də sadəliyindədir. Sənin adın-sanın başqa birisində, məsələn lap elə bizim Bünyadda olsaydı, təsəvvür edirəm ki, özünü necə dartar, oxley udmuş adam kimi, necə şax gəzər, yerə-göyə sığışmazdı. Amma sən... Elə bil, bu kitabları sən yazmayıbsan, elə bil, tez-tez təriflənən, göylərə qaldırılan sən deyilsən.

Hər əsərini səbrsizliklə gözləyirlər. Mətbuat səhifələrində, kitabxanalarda müzakirə edirlər. Ədəbi gecə olanda sən mənə də dəvətnamə verirsən: lal-dinməz gəlib arxa cərgələrin birində otururam, çıxışlara qulaq asıram. Ünvanına deyilən xoş sözləri eşidir və sevincdən yerə-göyə sığışmıram. Sənin dediyin hər söz, hər cümlə mənə doğma adamımın sözü kimi unudulmaz təsir bağışlayır. Belə gecələrdə mənə elə gəlir ki, dolu zalda sən heç kəsi görmürsən, heç kəsə baxmırsan, ancaq mənə baxırsan.

Mən sənin yanında olanda sən bəxtiyar olursan. Mən də eləyəm, Toğrul. Sən bir dəfə demişdin ki, müruri-zamanla yaranan məhəbbət daha davamlı və sönməz olur. Bu, həqiqətən beləymiş, Toğrul. Sən uzaq görənmişsən, əzizim. Mən səni indi dünyada hamıdan çox, hətta özümdən də çox istəyirəm. Sən mənim həyatım olubsan, ömrüm-günüm olubsan, Toğrul. Mənə elə gəlir ki, daha sənsiz yaşaya bilmərəm. İş yerimiz bizim ⎯ səninlə mənim evimiz olub, Toğrul. Biz bura gələndə evimizə gəlirik, burdan gedəndə sanki doğma yurd-yuvamızdan ayrılırıq. Burdan çıxanda ikimiz də kədərlənirik. Çünki bir-birimizdən ayrılırıq, sabahın arzusu ilə yaşamağa başlayırıq. Neçə ildir biz beləcə, bir-birimizi duya-duya yaşayırıq, sevə-sevə yaşayırıq, Toğrul. İlahi məhəbbət haqqında eşitmişdim, amma görməmişdim. Gördüm. Kim deyirsə ki, indi məhəbbət yoxdur, yalan deyir. Bəs bizim bu məhəbbətimiz böyük, əzəmətli məhəbbət deyilmi, Toğrul? Sən məni zərif çiçək bilmisən, şüşə bilmisən, toxunarsansa sınacağımdan qorxmusan. Məhz buna görə deyirəm bizim məhəbbətimiz başqa məhəbbətlərə bənzəmir. Bənzəməməyi yaxşıdır, Toğrul. Özün bilirsən ki, mən həyatımda qeyri-adiliyi hər şeydən çox sevirəm. Belə yaxşıdır, deyilmi?

İndi sənin saçların ağarıb. Sənin o ağ saçlarının çoxunu bəlkə də mənim həsrətim ağardıb. Sevirəm o saçları, Toğrul. İlk dəfə gicgahlarına düşən o ağ tükləri mən gördüm, sənə dedim. Sən qəmli-qəmli gülümsündün. Sonra… saçların sürətlə ağardı. Eybi yoxdur, mən sənin titrək səsini də, mənalı sözlərini də, vaxtsız ağarmış saçlarını da, isti nəfəsini də, mənə qarşı sönməz bir məhəbbətlə dolu ürəyinin çırpıntılarını da, qəmli gözlərini də sevirəm, Toğrul.

Bir-iki gündən sonra biz ⎯ Bünyad, Əfsanə və mən gedirik. Uzağa gedirik, çox uzağa. Kim bilir, bir də haçan qayıdacağıq və ümumiyyətlə, qayıdacağıqmı, görüşəcəyikmi? Sənə deməmişəm ki, gedirik. Sən çox fikir edəcəkdin, mənim gözümün qabağında çox əzab çəkəcəkdin, ürəyim şan-şan olacaqdı. Qəlbim parça-parça olacaqdı. Çox götür-qoy elədim, lap axırıncı gün getməyimizi sənə demək qərarına gəldim.

Mənsiz, bilirəm darıxacaqsan, əzab çəkəcəksən, ancaq nə etmək olar, dözmək lazımdır, mətanətli, dəyanətli olmaq lazımdır. Aramızda min kilometrlərlə məsafə olsa da mən qəlbimin, fikrimin gözü ilə səni hər gün, hər saat, bəlkə hər an görəcəyəm, sənin haqqında düşünəcəyəm, səsini eşidəcəyəm, məni haraylayan qəlbinin döyüntülərini duyacağam. Mən səni heç vaxt, heç vaxt, ölüm ayağında da unutmayacağam, çünki sən mənim qəlbimi sevinc və qürur hissilə doldurmusan, çünki məni öz təmiz və müqəddəs duyğularınla, səmimi hisslərinlə xoşbəxt eləmisən, elə eləmisən ki, mən indi yerə-göyə sığışmayan bir insan olmuşam, özümü, öz mənliyimi, ürəyimi kəşf eləmişəm, maraqlı bir kitab kimi oxumuşam, həyat, insanlar, ən adi, ən kiçik şeylər belə gözümdə mənalar donuna bürünüb mənalı olub. Bütün bunlar üçün, bütün xoşbəxt duyğularım üçün mən sənə minnətdaram, sənə!

Səni xoşbəxt edə bilmədiyim üçün həmişə əzab çəkirəm, ömrüm boyu da çəkəcəyəm. Mən səni xoşbəxt edə bilmədim.

Mən cismən sənin ola bilmədim, amma qəlbən səninəm. Mən sənin evinə gələ bilmədim, sənin otağını öz məhəbbətimlə isindirə bilmədim. Neynək, əlbət, bizimki belə yazılmışmış. Kim bilir, bəlkə bu, daha yaxşıdır, Toğrul. Amma mən sənin evinə başqa cür, heç kəsin görə bilmədiyi kimi, qeyri-adi şəkildə gəlmək istəyirəm. Bax, bu gün sənin anadan olduğun gün mən sənin qapını açıb içəri girirəm. Adi halda yox, mənim əzizim, qeyri-adi halda. Maqnitafon lentində. Ürəyimi, məhəbbətimi, sənin haqqında düşüncələrimi bax, bu maqnitafon lentinə köçürmüşəm.

Bundan sonra məni görmək istəsən, səsimi eşitmək istəsən, qur maqnitafonu, dinlə məni, Toğrul. Mən səninləyəm. Hər axşam yerinə uzanıb yatmaq istəyəndə maqnitafonu qursan, deyəcəyəm: «Gecən xeyrə qalsın, əzizim, yuxun şirin olsun». Hər səhər yuxudan ayılanda deyəcəyəm: «Sabahın xeyir, Toğrul». İşdir, əgər səfərə gedəsi olsan ⎯ yəni gedəcəksən? – söyləyəcəyəm: «Yolun uğurlu olsun, əzizim, sağ-salamat qayıdıb gələsən».

Mənim səndən yeganə təmənnam budur. Özünü qoru, Toğrulum. Səhhətinə fikir ver: sən hamıdan çox mənə lazımsan. Çünki sənsiz bu dünya mənə boş və mənasız görünər, əzizim. Qələmin əlindən düşməsin, ürəyinin hərarəti məhəbbətin kimi sönməz, soyumaz olsun.

Sənə əlvida demirəm. Məgər biz ayrılırıq?

MƏN: ⎯ Lent qurtardı, Nərgiz susdu. Toğrul düyməni basıb boş fırlanan çarxı saxladı. Heykəl kimi yerindən xeyli müddət tərpənə bilmədi. Nərgizin məhəbbətlə dolu mehriban səsi qulaqlarında səsləndi, hey səsləndi, hey səsləndi. Toğrul sehirlənmiş kimi gözlərini maqnitafondan çəkə bilmirdi. Elə bil, Nərgiz maqnitafonun içində gizlənib bura ⎯ onun evinə gəlmişdi, kimsənin olmadığını görüb indicə çıxacaqdı, qollarını Toğrulun boynuna dolayıb hərarətlə üz-gözündən öpəcəkdi.

Handan-hana o, özünə gəldi, otağa göz gəzdirdi, tək-tənha olduğunu görüb köksünü ötürərək qalxdı.

TOĞRULUN DÜŞÜNCƏLƏRİ: ⎯ Sağ ol, Nərgizim. Məni xoşbəxt elədin. Elə bil, özün gəldin evimə, əzizim. Qadın ayağı dəyməmiş, soyuq divarlarını isti qadın nəfəsi isindirməmiş bu evimə xoş gəlmisən, Nərgizim.

SON

Yalta – Bakı

1971-1973

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 dəq
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 dəq
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 dəq
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 dəq

Başqa şairlərin şeirləri