Ağır işdi yola verməkqəbulları, görüşləri, –Qram-qram ölçülübdügəlişləri, gedişləri,geyimləri, gülüşləri.Hər ikisi bir işçidiər-arvaddı,sevir-sevmir dəxli yoxdu.Bir səngərdəonlar iki döyüşçüdüİkisinin çiynindədirbir ölkənin ağır adı.Naməlum bir qəhrəmandıəsl diplomat arvadı.Nə ərindən keçə bilir,nə işindən bezə bilir,nə də gözəl qadın kimideyib, gülüb gəzə bilir.İstəyini, iştahını, tamahınıunudubdu.Ürəyindən gələn sözümin yol qaytarıb udubdu.Ondadır ki, böyüklüyüdözə bilir, dözə bilir,özündən də güclü olubdözməkdədir istedadı.Naməlum bir qəhrəmandıəsl diplomat arvadı.Qərib eldə öz ərinəarxa olur, kömək olur.Yorğun vaxtı, gərgin vaxtıdönüb zərif ipək olur.Bəzən onun bircə sözüikinci bir ürək olur.

Bir doyumluq ağlamağa,gülməyə də həsrət bacı.Gözündə də görünməyirbu yorğunluq, ağrı, acı.Yerişini, duruşunuözü baxıb, görüb seçər.İçkini də qram-qraməzbər bilər, əzbər içər.Dodağında hiss olunarsözün yükü, sözün dadı.Naməlum bir qəhrəmandıəsl diplomat arvadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri