Sinəmdəki neçə dağım,öz içimdə qaynamağım,hərdən odla oynamağımatəşpərəstlikdən qalıb.

Dodağında alov izi,qara saçı, yanar üzü,göz yanığı – qara gözüatəşpərəstlikdən qalıb.

Ürəyimin darıxmağı,gözümdə şimşək çaxmağı,torpağımdan od çıxmağıatəşpərəstlikdən qalıb.

“Eşq oduna yandım” – demək,gözlərindən od ələmək,alov rəngli gül iyləməkatəşpərəstlikdən qalıb.

Hirsin suynan soyumağı,od yurdunda suyun dağı,sərhədimin su olmağıatəşpərəstlikdən qalıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri