Qara dəniz
Qəzəbindən ağarıb,Qara dənizim, rəngin.Dalğaların,qəzəbli pəncəsi kimi pələngin,sahili cırmaqlayır.Elə bil sahil qaçmaq istəyir,dalğalar tutur, saxlayır.Sahildə yaralı göyərçinə dönürsən.Lal adam xəbər gətirən kimiçırpınıb, döyünürsən.Baxışlarımla tumarlayıram səni,ay sirlərin bağlı sandığı,Qara dənizim!Balıqların duzlu vətəni,Gəmilərin mavi qəbiristanlığı,Qara dənizim!
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-qara-deniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir gözəl sevmişəm günəş camalı,Gərdəni minadır, qədi ərərdir.
AprelAprel günəşi məndə bir düşüncə yaratdı,O düşüncə fikrimi işıq aləmə atdı.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,