3+1 (Üç üstə gəl bir)
Bu daşı biz qaldırmışıq,Hər küncündən birimiz yapışıb.İndi üçümüzün adı çəkilir,Unudublar birimizi.
O daşın bir küncündəsızım-sızım sızıldayırbirimizin əl izi.
Bu körpünü biz salmışıq,dörd dayaq üstdə.Əllərimizdən güc alıb,taqət alıb,körpü olub durdudayaq üstdə.İndi üçümüzün adı çəkilir,unudublar birimizi.Dayağın birində buza dönüb,birimizin əl izi.
Bu bulağın gözünü biz açdıq,Şırıl-şırıl axıb, gedir dərəyə.Yol keçən hər təşnə adamƏyilib su içəndə hərəyəbir «sağ ol» deyir.O «sağ ol» üçümüzə çatır,birimizə yox.Birimizin «sağ ol»uçaya qarışıb axır…
Dayanbı düşünürəm,Hamı birdən sevinməz ki…Qoy bu dəfə onlar sevinsin,Bu – oyun-oyuncaq deyil,Həyatdır, axı!
Bakı, 08.1998
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-3-1-uc-uste-gel-bir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bilirəm hər qəlbin mən iç üzünü,Bir çoxu fitnəli, həm böhtanlıdır
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
GəldimiBaşına döndüyüm, a Nərgiz xanım,Məclisinə qeyri-canan gəldimi?