I. O çovğun bəlkə də çovğun deyildi
Təbiətin üzü gör necə küldü,O qopan qiyamət sənin üçünmüş.O çovğun bəlkə də çovğun deyildi,Səni yola salan vida köçünmüş…
Bir ox ki, atılıb – yerə düşəcək,O yer ürəyincə, kamınca gərək.Tənha bir otaqda, yalnız bir ürəkHəsrət ahı ilə səssiz keçinmiş.
Qoruya bilmədim səni ölümdən,Özüm də aciz bir öləriyəm mən.Səni görməyimə aman verməyənÖlüm zalım imiş, əcəl kəc imiş.
Dekabr, 1978
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-i-o-covgun-belke-de-covgun-deyildi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Gəzdim İsfahanı,Vanı, İranı,İndi də qalıbdı ay ağa Salmas1.
Dostlar qazsın məzarımıGözlərimə payın yetsəGözün aydın, torpaq anam.
Qəzəl: Şikəstə oldu könül zülfi-yar dərdindənŞikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.