Hələ də dururküçəmizdəki çörək dükanı.Yanında çoxdan«daşqalaq» olmuşdaş qalağı var.Yaxşı-yaxşı bax, tanı!Bunlar adi daş deyil,Növbə daşlarıdı!

Hərənin bir daşı vardı onda.Getmək istəyəndə bir yanadaş qoyardı öz yerinə.Ana övladını,bacı qardaşınıtanıyan kimi –tanıyırdı hər kişti öz daşını;kimisi daşa adını yazmışdı,kimisi həsrətini həkkeləmişdi.Kimisi axıtmışdı göz yaşını,Kimisi üstəgəl çəkmişdi,Kimisi çevrə.Hərə bir cür vurmuşdu möhrə.

Böyüklərin daşı böyük olurdu,sərt olurdu,ağır olurdu.Uşaqların daşıəl boydaca,yüngül,kövrək.Elə bir əlcə olardı onlarınaldığı çörək.

Daşlar növbə çəkərdiyaşlı qarıların,dərdli qocaların əvəzinə,yorğun anaların,nisgilli bacıların əvəzinə.

Daşlar növbə çəkərdiAc uşaqların əvəzinə.Bir-birinin həvəsinəçovğunda, qarda,zülmət gecələrdə«yatmazdılar» səhərədək,Təki yatsın uşaqlar.

Qara gündə qara çörəkDüzgün bölünsün gərək.Gecə gizlicədaşını irəli çəkən də olurdu,daşlar «başa düşməzdi» bunu.Çörək gələndədaşından əl çəkən də olurdu.Çörək gələndətapdalanardı daşlar,ovulardı ovum-ovum,əzilərdi xıncım-xıncım –ta çörək satılıb qurtarınca.«Çörək yemir» daşlar,«Başa düşməzdilər» bu dərdi,dözərdilər.

Axşamlar adamlar gələr,yaralı daşları yenəƏzizləyə-əzizləyənövbəyə düzərdilər.

«Növbə görməyən» daşlarDaşqalaq edib indi«növbəyə duran» daşları.O daşları bir yerə yığın, barı.Bir hasar çəkin,yaddaş hasarı!

Uzaqdan, yaxındanqoy görsün hamıbu daş xatirəni,bu daş hasarı!..Leninqrad – Bakı, Fevral, 1978

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri