V. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı
Ata dağını da gördü gözlərim,Dağlarımın başı duman, çən oldu,Atalılar dedi: «Bu günümüz var»,Atasızlar dedi: «Bizə tən oldu».
Bu yazını poza bilsəydim əgər,Peşiman qəlbimi didir bəlkələr.Gəzməyə yaxışıdır qərib ölkələr,Ölməyə müqəddəs yer – Vətən oldu.
Bütün yaranmışın sonu qəbirdir,Bu zülmət pərdədir, açılmaz sirdir.İndən belə daha mənimçün birdir –Bu nədən olmadı, bu nədən oldu?!
Dekabr, 1978
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-v-gezmeye-qerib-olke-olmeye-veten-yaxsi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mən,Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,