Quru təsəlliyə təslimdir qəlbim,Quru təsəlliyə möhtacam indi.Köklü budaqlarım yaşıl qalsa da,Kökünü sel yumuş ağacam indi.

Yoxsan, heç elə bil atam olmayıb,Dünyada bu adda adam olmayıb,Vaxtında dadına çatan olmayıb,Ha çırpınam indi, ha qaçam indi.

Bükülüb möhkəmlik, yorulub dözüm,Özümə təsəlli verirəm özüm.Ata qayğısıyla tox idi gözüm,Ata həsrətilə mən acam indi.

Dekabr, 1978

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri