Ümid yaman yerdə aldatdı məni,Ümidin ümidi qırılsın görüm!Ala gözlərini alıb apardı,Əcəlin gözləri kor olsun görüm!

Bu son ayrılıqmı, necə bilmədim?Quş olub yanına uça bilmədim,Yetimlik əlindən qaça bilmədim,Taleyin qapısı vurulsun görüm!

Sinəmə çəkilən ata dağıdır,Təsəlli bir azca kədər dağıdır,Hardan biləydim ki, vida çağıdır,Ölümün öz yeri kor olsun görüm?!

Dekabr, 1978

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm