Bağə girdim, səri-kuyin anıb əfğan etdim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Bağə girdim, səri-kuyin anıb əfğan etdim,
Gül görüb, yadın ilə çaki-giriban etdim.
Baxuban nərgisə, əyyar gözün qıldım yad,
Nərgisi naləvü əfğanıma heyran etdim.
Qönçəvü lalə demə, dağ qarasın qoparıb,
Alü alayə sarıb səbzədə pünhan etdim.
Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim,
Gözümü şövqi-cəmalında dürəfşan etdim.
Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm,
Neçə yaprağə ciyər qanı silib, qan etdim.
Görücək sünbülü, andım şikəni-kakilini,
Sünbülü giryəvü ahilə pərişan etdim.
Ey Füzuli, rəvişi-əql məlul etdi məni,
Səhv qıldım ki, cünun dərdinə dərman etdim.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-bage-girdim-seri-kuyin-anib-efgan-etdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey qaziyi-xücəstəliqa kim, həq eyləmişSahibsəriri-məsnədi-hökmi-qəza səni!
Zülm ilə ağçalar alıb, zalimZülm ilə ağçalar alıb, zalimEylər ən’am xəlqə minnət ilə.
Min ikən qədrü qiymətin bir olurMin ikən qədrü qiymətin bir olur,Müztərib olsa qəlbin, ey arif!
Oldur ğəzəl ki, feyzi onun am olub müdamOldur ğəzəl ki, feyzi onun am olub müdam,Arayişi-məcalisi-əhli-qəbul ola.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gül bağçası görcək nədən insan arasın da,Bitmiş o tikanlar niyə güllər sırasında?
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Uşaqları məktəbə şövqləndirməkUşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,