Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!
Virdim həmişə müshəfi-rüxsarın ayəti!
İrmiş səhih nəql ilə ərvahi-qüdsdən,
İsayə möcizi-ləbi-ləlin rəvayəti.
Dil kişvərini qarət edərlərdi xublər,
Mən etməsəydi şəhneyi-şövqün himayəti.
Bildim təriqi-eşq xətərnakdir, vəli
Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti.
Qəddin həlakiyəm, düşə bilmən ayağına,
Bir dərdə düşmüşəm ki, bulunmaz nihayəti.
Bəs kim, səni görəndə gedər məndən ixtiyar,
Gəlməz bəyanə möhnəti-eşqin şikayəti.
Şükr et, Füzuli, qılma fəğan, yar qılsa cövr
Kim, əhdi-eşqə cövrdür onun inayəti.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-her-tekellumum-xeti-sebzin-hekayeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəsəblə özgəyə, ey süflə, iftixar eləmə.
Bir gün səhər-səhər çəmənə eylədim güzərTa dəf edəm gülü səmən ilə məlalımı.
Xahişlə dün dedi mənə bir zati-möhtərəmZahidlərin sifətlərini söylə hər nə var.
Bilirdi gərçi bütün dillərin nə olduğunuSəfayi-təblə, həm elmü qüdrətilə nəbi.
Başqa şairlərin şeirləri · Eşq
Söylədi tarixiniOna tapan bir ozan
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.