Saqi, mütəəllimi-xumarəm,Müştaqi-şərabi-xoşgüvarəm!

Üftadəligim gör, etmə ehmal,Rəhm et, bir eyağ ilə əlira al!

İzhar qılıb səfayi-məşrəb,Bu bəzmi çü eylədin mürəttəb,

Bəzm əhlinə növbət ilə ver cam,Həm xas riayət eylə, həm am!

Məcnunə həmin şərab tutma,Leyliyi kİ, əsldir unutma!

Dehqani-fəsihi-farsizadBu gülşənə böylə dikdi şümşad

Kim, ol çəməni-vəfa bəhari,Daği-qəmi-eşq laləzari,

Yə'ni rəvişi-vəfadə möhkəm,Leyli, sədəfi-cəvahiri-qəm

Girmişdi həsarə gəncmanənd,Urmuşdu ayağə pənddən bənd.

Nə bir fərəhi, nə bir nişati,Nə kimsə ilə bir ixtilati.

Bizar atadənü anadən,Biganə cəmii-aşinadən.

Yanına olurdu xublər cəm',Pərvanəsifət həvaliyi-şəm',

Şad olmağa xatiri-həzini,Əylənməyə təb'i-nazənini

Min türfecə-türfəcə fəsanəŞirin söz ilə çəkib bəyanə,

Eylərlər idi zaman-zaman yad,Təqrib ilə, ləhzə-ləhzə bünyad.

Ol tərk qılıb nişatü rahət,Bir üzvünü eyləyib cərahət,

Eylərdi bəhanə ilə nalə,Düşməzdi olar düşən xəyalə.

Qızlar qaşa versə vəsmədən rəng,Can güzgüsünə salardı ol jəng.

Qızlar üzə qoysa nildən xal,Ol nilə çəkərdi rəxt filhal.

Qızlarda xəyalı-nəqşi-diba,Ol nəqşi-xəyal ilə şəkiba.

Qızların əli hənadə gülgun,Onun əli əşki ilə pürxun.

Nə ignədə, nə ipəkdə meyli,Müjganə tökərdi əşk seyli.

Qızlar qılıb arizuyi-ziyvər,Gər riştəyə çəksələrdi gövhər,

Ol dəxi çəkərdi eyləyib rəşk,Tari-bədəninə gövhəri-əşk.

Məcnundan idi cürtuni əfzun,"Leyli" deyənə deyərdi "Məcnun!"

Dünlər ki, gedib yanından ol cəm',Bir guşədə ol qalırdıvü şəm'

Şəm'ə qəmi-dil bəyan edərdi,Suzi-cigərin əyan edərdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri