Bu, sərdəftəri-ənbiyanın kitabi övsafından bir vərəqdir və sərvəri-əsfiyanın gülzari-lətafətindən bir təbəqdir
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Ey padşəhi-səriri-lövlak,Məqsudi-vücudi-xakü əflak!
Olmuş əflak xaki-rahin,Çəkmiş əflakə xak cahin.
Ey raqimi-nüsxeyi-məani,Mə'mureyi-elmi-dinə bani!
Şahənşəhi-məsnədi-risalət,Rəssami-qəvaidi-ədalət!
Ey ərşnəvazü fərşpərvər,Dəftərdari-hesabi-məhşər!
Sərdəftəri-ənbiyayi-mürsei,Onlara hənı axirü həm əvvəl!
Ey vazei-istilahi-iman,Həqdən səbəbi-nüzuli-fürqan!
Sənsən sultanü qeyr xeylin,Səndən özgə sənin tüfeyün.
Ey xəlvəti-qürbə şəm'i-məhfü,Cibril tərəddüdünə mənzil!
Həqq əmri səninlə xəlqə cari,Qövlünlə ol əmrin e'tibari.
Ey qiblənümayi-əhli-taət,Gəncineyi-gövhəri-şəfaət,
Taci-səri-ərş xaki-payin,Şəmi-şəbi-qədr nuri-rayin.
Ey vasiteyi-nizami-aləm,Ə'yani-vücuda sədri-ə'zəm.
İrfani-sifatü zatə arif,Keyfiyyəti-kainatə vaqif!
Ey zatın üçün bəşər vücudiAdəmdə sənə mələk sücudi! "
Yasin" sədəfi-düri-sifatın,"Taha" güli-bustani-zatın.
Ey məktəbi-danişə müəllim,Məhruseyi-hökmi-şər'ə hakim!
Dərgahinə ənbiya rücui,Tə'ziminə asiman rükui.
Təhsin sənə, ey xücəstəfərcamKim, və'z qılıb təriqi-islam,
Keyfiyyəti-halı rövşən etdin,Xeyrü şər işin müəyyən etdin.
Əhvali-əvamİrü nəvahi,Mə'lum elədin bizə kəmahi.
Sən bildirdin ki, kimdir Allah,Sənsiz kim olurdu ondan agah?
Gümrahları təriqə saldın,Üftadələrin əlini aldın.
Faş oldu nəsihətin cəhanə,Sən qoymadın ortada bəhanə.
Əmma bizə yoxdur ol səadətKim, hifzi-təriqin ola adət.
Ehmal edəriz itaətində,Təqsir ədayi-xidmətində.
Hər necə kif xud şərmsarız,Bu cürm ilə həm ümidvarız
Kim, feyzi-əvatifi-əmiminŞad eyləyə könlün əhli-bimin.
Asilərin olasan pənahi,Nomidlərin ümidgahi.
Sənsən çü şəfıi-hər məasi,Nə qəm əgər olsa kimsə asi.
Gər məndə ola təmam taət,İzhar nədən bular şəfaət?
Sənsən bu sərir padşahi,Bu mülkdə olanın pənahi.
Hər əsrdə bir nəbi zühuri,Hər dövrdə bir rəsul nuri
Fitrət yolunu müzəyyən etdi,Üzün şəmi ilə rövşən etdi.
Ta gəlməgə rövşən ola rahin,Budur rəhü rəsmi padşahin.
Xabi-ədəm içrə şəxsi-aləmGörmüşdü vücuddən müqəddəm
Kim, ləm'eyi-nurdən bir əfsərGeymiş, vermiş özünə ziyvər.
Bidar olanda ol yuxudənGetmişdi qərari arizudən.
Çün istədi ol məııamə tə'bir,Səndən ona müjdə verdi təqdir.
Dünyayə pəyami-feyzi-nurin,Tənbihi-səadəti-zühurin
Xəlqə verib intizari-məqdəm,Ol dəm gəldi ki, gəldi Adəm.
Dünya tələbində oldu qaim,Dövr ilə səni dilərdi daim.
Bir-bir yetib özgə ənbiyayə,Me'racə çıxardı payə-payə.
Gəzməzdi səninlə sayə həmrah,Guya ki, nihali-qəddin, ey mah,
Bu aləmə vermiş idi vayə,Ol aləmə salmış idi sayə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gətür, saqi, qədəh kim, eyş xoşdur gül zəmanində,Zaman fövt etmə dəhrin qüsseyi-sudü ziyanində.
Gətir, saqi, qədəh kim, bağü səhra laləzar olduGətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu,Əcəb fəsli-xücəstə, mövsimi-xoşruzigar oldu.
Dün sayə saldı başimə bir sərvi-sərbüləndDün sayə saldı başimə bir sərvi-sərbüləndKim, qəddi dilrüba idi, rəftarı dilpəsənd.
Əymiş hilali üstünə tərfi-külahiniƏymiş hilali üstünə tərfi-külahini,Çox dilşikəstənin gögə yetirmiş ahini,
Başqa şairlərin şeirləri
Bülbül idim, gülə həsrət,Qaldım dolana-dolana.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bu nəqşi ki, sən ol güli-rüxsarə çəkirsənBu nəqşi ki, sən ol güli-rüxsarə çəkirsən,Bütlan xətini səfheyi-gülzarə çəkirsən.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,