Gətir, saqi, qədəh kim, eyş xoşdur gül zəmanində
Mürəbbe nədir?
Mürəbbe: dörd misralı bəndlərdən ibarət şeir.
Gətür, saqi, qədəh kim, eyş xoşdur gül zəmanində,
Zaman fövt etmə dəhrin qüsseyi-sudü ziyanində.
Qümari “təhtəhəl-ənhar” oxur gülzar vəsfində,
Ənadil “hazihi cənnat” oxur gülzar şə’nində.
Səba qönçə dəhanın pürzər etsə, eyb irməz kim
Ki, mədhi-xani-xaqanqədrdir qönçə dəhanində.
Hava səbzə zəbanin tiz əgər qılsa, yeridir kim,
Sənayi-xani-xeyrəncamdır səbzə zəbanində.
Qədəh tutmaqdan ikrah etməzəm, ta kim eşitdim mən,
Səhər bülbül dilində, gül qatında səbzə yanində:
Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni,
Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.
Принеси скорее, кравчий, чашу; час веселья — розы расцвели;Что тебе времен и вред и польза? Только песням радостным внемли!Горлицы запели восхваленья гулистанам — «тахтахал-анхар»,Соловьи поют о гулистанах, что, как рай, повсюду расцвели.Если ветерок уста бутона золотом наполнит — не дивись,Ведь бутон хвалу возносит хану, славному среди людей земли.Не дивись, что воздух изощряет зелени живительный язык, —Зелень вечно восхваляет хана, чьи враги повергнуты в пыли,Никогда я не устану чашу алого вина сжимать в руках,Ибо утром мне трава и розы, полные почтенья, донесли:Свитки всех бутонов развернулись, стало содержанье их известно:«Не губите розовые чаши, не губите роз расцвет чудесный».
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-tercibend-4-getir-saqi-qedeh-kim-eys-xosdur-gul-zemaninde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl ürək bəstərinin həmdəmini xar eləmə.
Gəlib keçdin, yolunda gör necə bu xaki-sər qalmışDeyil gözlər, sənin addımlarından bir əsər qalmış.
Mənləsən, ah, mənə, heyf, deyilsən mailOlmusan dildə ikən dəri-dilimdən qafil.
Bizi qəmzənlə, ey zalım, həlak etdin, yaman etdinÇəkib xəncər yazıq aşiqlərə, sən qəsdi-can etdin.