Gətür, saqi, qədəh kim, eyş xoşdur gül zəmanində,

Zaman fövt etmə dəhrin qüsseyi-sudü ziyanində.

Qümari “təhtəhəl-ənhar” oxur gülzar vəsfində,

Ənadil “hazihi cənnat” oxur gülzar şə’nində.

Səba qönçə dəhanın pürzər etsə, eyb irməz kim

Ki, mədhi-xani-xaqanqədrdir qönçə dəhanində.

Hava səbzə zəbanin tiz əgər qılsa, yeridir kim,

Sənayi-xani-xeyrəncamdır səbzə zəbanində.

Qədəh tutmaqdan ikrah etməzəm, ta kim eşitdim mən,

Səhər bülbül dilində, gül qatında səbzə yanində:

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni,

Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana