Olsaydı məndəki qəm Fərhadi-mübtəladə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,Bir ah ilə verərdi min Bisütuni badə.
Versəydi ahi-Məcnun fəryadımın sədasın,Quşmu qərar edərdi başındakı yuvadə?
Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra,Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.
Əşki-rəvanimə el cəm oldu, var ümidimKim, ola varə-varə cəmiyyətim ziyadə.
Gəh qəmzə içmək istər qanimi, gah çeşminQorxum budur ki, nagəh qanlar ola aradə.
Sərvərlik istər isən, üftadəlik şüar etKim, düşmədən əyağə, çıxmadı başə badə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,Olma vəfayə talib, dünyayi-bivəfadə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-olsaydi-mendeki-qem-ferhadi-mubtelade
← → düymələri ilə keçid, R — təsadüfi şeir