Ey vücudi-kamilin ayinədari-feyzi həq,

Asitanın qibleyi-hacati-ərbabi-yəqin.

Ey kəmali-rif'ətin sərmayeyi-əmnü əman!

Vey cəmali-şövkətin pirayeyi-dünyavü din!

Hüsni-rəy'in afitabi-aləmi-sidqü səfa,

Xaki-payin mənşəi-cəm'iyyəti-ruyi zəmin.

Gəlməmiş bir sən kimi pakizətinət aləmə,

Ta binayi-aləm etmiş nəqşbəndi-mavü tin.

Məsnədi-Nurşirəvandır büq'əyi-Darüssəlam,

Sənsən istehqaq ilə Nurşirəvanə canişin.

Cismdir mə'nidə bürci-övliya, sən ruhi-pak,

Bir nigindir xitteyi-Bəğdad, sən nəqşi-nigin.

Sərvəra, yüz şükr kim, feyzi-kəmali-rif'ətin,

Övliya bürcini etmiş rəşki-firdövsi-bərin.

Xasü am olmuş nəvali-ne'mətindən bəhrəmənd,

Afərin, ey şəhriyari-mülkpərvər, afərin!

Mən ki, bir kəmtər duaguyəm, nəzər saldın mənə,

Qoymadın xaki-məzəllətdə qalım zarü həzin.

Zaye' ikən qədrimi bidirdin əhli-aləmə,

Tirə ikən eylədin xaki-vücudim ənbərin.

Əbri-lütfün qıldı xari-xüşkimi gülbərgi-tər,

Feyzi-cudun qıldı səngi-xarəmi dürri-səmin.

Ne'mətin şükri mana fərz etdi izhari-səna,

Şəfqətin tövqi məni qıldı qulami-kəmtərin.

Qəm degil əhli-qərəz eylərsə məndən mən'i-xeyr,

Qəm degil əhli-həsəd bağlarsa mən miskinə kin.

Ruzigarilə mənim məqsudimi hasil qılıb,

Ol ki, mən' eylər, olur bədxahi-rəbbül-aləmin.

Hiç şək yox kim, yetər məqsudə, olmaz naümid,

Xirməni-əltafin ətrafında olan xuşəçin.

Var ümidim mehrü mah etdikcə dövran, olasan

Kamyabü kamranü kambəxşü kambin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri