Pərdə çək eybinə zülmət kimi, xəlqin daim
Pərdə çək eybinə zülmət kimi, xəqin daim,
Gər dilərsən ki, nəsib ola sənə abi-həyat.
Qılma xürşid kimi, eybnümalıq ki, fələk
Yerə salmayə səni bə'di-ülüvvüd-dərəcat.
Cəhd qıl zatın ola məzhəri-asari-qəbul,
Qılmaz ol cahə təfaxür ki, ola xarici-zat.
Fəzl olur, sanma sənə mənzilətü-əslü nəsəb,
Cah olur, sanma sənə kəsrəti-əsbabü cihat.
Ariyətdən özünə qlma qəmərtək zinət,
Qeyridən ariyətin nur isə, həm yazıya at.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qite-6-perde-cek-eybine-zulmet-kimi-xelqin-daim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O sərvin qamətin göstərdi güzgü, min xəta etdi
Özün könlüm kimi dərdə, bəlayə mübtəla etdi.
Nə bilirdim ki, edər bunca o məhparə sitəmEdər üftadələrindən bu qədər lütfünü kəm.
Könlümün cövr təmənnası var ol bədxudənYenə könlüm bu təmənnadadır ol ahudən.
Qoy cəfanı mən çəkim, olsun vəfa dildar iləYaxşıdır dünyada hər kəs zövq edə bir kar ilə.