عکس قد او آینه بربود خطا کرد
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
عکس قد او آینه بربود خطا کردخود را چو دل ما هدف تیر بلا کرد
O sərvin qamətin göstərdi güzgü, min xəta etdi,Özün könlüm kimi dərdə, bəlayə mübtəla etdi.
اشک آینه دار قد خم گشته من شددردا که قدم را غم عشق تو دو تا کرد
Bükülmüş qəddimə göz yaşlarım ayinə tutmuşdur,Heyif kim, qəddimi əydi qəmi-eşqin, düta etdi.
فریاد ز ناسازی طالع که نکردیمجا در دل آن ماه که جا در دل ما کرد
Onun qəlbində mən yer tapmadım, fəryad bəxtimdən,Əgərçi qəlbimizdə ol pəri min ev bina etdi.
کار غم تو با دل تنگم شب هجرانکاریست که با غنچه دم باد صبا کرد
Qəmin hicran günü dar könlümüzdə etdiyi qovğaHaman qovğadır ol kim, qönçəyə badi-səba etdi.
تو گرد ز دامن بفشاندی و من از غممردم که چرا بخت مرا از تو جدا کرد
Yudun sən damənin tozdan, mən isçə qüssəvü qəmdənYanır könlüm, niyə bəxtim məni səndən cida etdi.
خون ریخت جگر سوخت بدن خست دل آزردبا ما غم عشق تو چه گویم که چها کرد
Yoruldu cism, qan axdı, ciyər yandı, könül sındı,Əgər bilsən, mənə eşqin nələr, ey dilrüba, etdi.
برداشت دل از سجده ابروی بتان سردر حیرت آنم که چنین سهو چرا کرد
Könül baş qaldırıb əbruyi-xuban səcdəgahından,Ona heyrətdəyəm, bunca niyə səhvü xəta etdi.
تا قطره آبی نشد از جای نجنبیددر هر دل پرسوز که پیکان تو جا کرد
Yerindən qopmadı ta olmayınca qanlı bir qətrəKi, hər qəlbə özün ol qanlı peykan aşina etdi.
Məqtə — şairin təxəllüsü olan son beyt. در پنجه غم ماند گریبان فضولیزان روز که دامان تو از دست رها کرد
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli damənindən ta əl üzdü, ey pəriçöhrə!Tutub öz damənin möhnət, giriftari-bəla etdi.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-137
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Var ümidim ki, görüb cövlanını olsam həlak,Gərdi-nə’li-badpayin örtə cismim üzrə xak.
Yar vəslin istəyən kəsmək gərək candan təməYar vəslin istəyən kəsmək gərək candan təmə’,Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə’.
Yüksəlir göylərə, ey mah, fəğanım sənsizYüksəlir göylərə, ey mah, fəğanım sənsiz,Nəyə lazımdı keçir ömrü zəmanım sənsiz.
Zəhi, cəvahiri-ehsani-amə mədəni-xasZəhi, cəvahiri-ehsani-amə mə’dəni-xas,Düri-şəfa’ət üçün bəhri-rəhmətə qəvvas.
Başqa şairlərin şeirləri · Eşq
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,