طمع جور دلم زان بت بدخو داردز بتان آنچه دلم می طلبد او دارد

Könlümün cövr təmənnası var ol bədxudən,Yenə könlüm bu təmənnadadır ol ahudən.

باید از حلقه زنجیر جنون سر نکشدهر که در سر هوس آن خم گیسو دارد

Başını həlqeyi-zənciri-cünundan çəkməz,Kami-dil istəsə hər kəs o xəmi-geysudən.

دوش از حال دل نافه خبر داد صباگرهی در دل ازان سنبل خوش بو دارد

Dün səba nafənin əhvalını ta verdi xəbər,Qəlbi odluydu o dəm sünbüli-ənbər budən.

بی جهت رغبت محراب ندارد زاهدمیل نظاره آن گوشه ابرو دارد

Bisəbəb guşeyi-mehraba əyilməz zahid,Bir təmənnayi-nəzər eylər o, kəc əbrudən.

می تواند کرد قیاس ملک از حور و شانخوی بد دارد اگر عارض نیکو دارد

Hər gözəl yarı mələklərlə bərabər tutma,Özü göyçəksə də, yox faidə ol bədxudən.

چه کند گر نه ز بهبود کند قطع نظردل که بیماری ازان نرگس جادو دارد

Sihhətindən necə bəs eyləməsin qəti-nəzər,Xəstələnmiş könül gər o gözü cadudən.

Məqtə — şairin təxəllüsü olan son beyt. مکن از عشق بتان منع فضولی ای شیخهمه کس میل جوانان پری رو دارد

Məqtə — şairin təxəllüsü olan son beyt. Eşqi mən etmə Füzuliyə sən, ey şeyx, hamıZövq alar dəhrdə bir naz eləyən məhrudən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq