Hər kitabə kim, ləbi-lə’lin hədisin yazələr
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Hər kitabə kim, ləbi-lə’lin hədisin yazələr,
Rişteyi-can birlə zövq əhli onu şirazələr.
Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,
Şəhrə düşmüş "mən səni sevdim" deyən avazələr.
Şeyxlər meyxanədən üz döndərərlər məscidə,
Bitəriqətlər gərək kim, doğru yoldan azələr.
Çaklər göksümdə, sanmın kim, açıbdır tiği-eşq
Könlümün şəhrinə mehrin girməyə dərvazələr.
Ey Füzuli, yar əgər cövr etsə, ondan incimə,
Yar cövrü aşiqə hər dəm məhəbbət tazələr.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-her-kitabe-kim-lebi-le-lin-hedisin-yazeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xoşam ki, olmamışam zəfi-tənlə sərgərdan.
Gizli dərdim necə olmaz bu qədər qəmlə əyanBu sükutun özü hali-dilimi etdi bəyan.
Çəkdim yolunda əksini bu cismi-zarımınBəlkə ayağını öpə bildim nigarımın.
Yanarkən könlümün pünhan oduyla şəm tək canımZəbani-halım axır zahir etdi dərdi-pünhanım.
Başqa şairlərin şeirləri · Eşq
Könlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.
Bir səhər vaxtında birdən gəldi hatifdən nidaBir səhər vaxtında birdən gəldi hatifdən nida,Müjdə olsun zöhddən, dindən qaçan hər insana.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Qəzəl: Xəzan ayamı girdim bağa, yadi-nobahar etdimXəzan ayamı girdim bağa, yadi-nobahar etdim,Quru bir nalə ilə bülbülün dərdin həzar etdim