ز ضعف تاب تردد دگر نماند مراخوشم که ضعف ز سرگشتگی رهاند مرا

Tənimdə getməyə yox kuyi-yarə tabü təvan,Xoşam ki, olmamışam zəfi-tənlə sərgərdan.

فغان که آرزوی وصل آن دو چشم سیاهچو میل سرمه بخاک سیه نشاند مرا

Məni, heyif, o qara gözlərin təmənnasıKi, sürmə milçisi tək etdi torpağa pünhan.

تنم ز آتش دل می گداخت گر شب غمسرشگ آب بر آتش نمی فشاند مرا

Su səpmək istədi göz yaşlarım könül oduna,Əritdi varlığımı leyk atəşi-hicran.

جهانی از پی نظاره بر سرم شده جمعنگه کنید که سودا کجا رساند مرا

Yığıldı başimə aləm bütün təmaşayə,Görün məni nə günə saldı həsrəti-canan.

درین امید که صیدم کند سگ در اوهوس چون آهوی وحشی بسی دواند مرا

Tutaydı itləri kuyində, həsrətində idim,Qaçırdım hər tərəfə sanki vəhşi bir ceyran.

میان مردمم این آبرو بس است که دوشپریوشی سگ درگاه خویش خواند مرا

Keçən gecə dedi ol məh qapımda bir itsən,Bu xalq içində bəs eylər mənə bu şöhrətü şan.

Məqtə — şairin təxəllüsü olan son beyt. من گدا بکه گویم فضولی این غم دلکه همچو سگ ز در او رقیب راند مرا

Məqtə — şairin təxəllüsü olan son beyt. Rəqib ayırdı, Füzuli, məni nigarımdan,Bu dərdimi kimə bəs eyləyim mən indi bəyan?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq