Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir,Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir.

Biyabanlarda Məcnundan qəmü dərdim sual etmin,Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir.

Mənim tək ola bilməz şöhreyi-şəhri-bəla Məcnun,Qəbul eylərmi bu rüsvalığ hər kim ki, aqildir.

Nə müşkil halı olsa aşiqin mə’şuq edər çarə,Gər ol bidərd bilməzsə bu hali, hal müşkildir.

Fəraq əyyami seylabi-sirişkimdən xəbər tutmaz,Qiyamət macərasından gör, ol zalim nə qafildir.

Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə,Yox özgə elminə inkarımız, bu elmə cahildir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, el səni Məcnundan əfzun der məlamətdə,Buna münkir degil, Məcnun dəxi mə’qulə qaildir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq