Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar,Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar.

Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil,Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.

Könül mir’atını eylər mükəddər əql təklifi,Xoş ol bibaklər kim, tərki-namü nəng tutmuşlar.

Fəzayi-ömrdən guya degillər qönçə tək vaqifOlar kim, özlərin dünya üçün diltəng tutmuşlar.

Məni, kim səngsari-möhnətəm bazari-eşq içrə,Bəla daği çəkən Fərhad ilə həmsəng tutmuşlar.

Ləbin dövründə zahidlər tutub meyxanələr küncün,Qılıb təsbih tarın tərk, zülfi-çəng tutmuşlar.

Məqtə — şairin təxəllüsü olan son beyt. Səhər bülbüllər əfğanı degil bihudə gülşəndə,Füzuli naleyi-dilsuzinə ahəng tutmuşlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq