Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər,Olub mö’min, behişti, kafərəm, gər arizu eylər.

Məgər divanədir sevdayi-əbrusilə zahid kim,Baxıb mehrabə daim, öz-özilə göftgu eylər.

Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdənVə ya peykanların kim, atəşi-dil onu su eylər.

Rəhi eşqində olman təngdil sevda hücumundan,Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər.

Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?”Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylər!”

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli zülfünə bağılandı, əmma öylə incəldiKi, guya zə’f onu həm zülfünə bir tari-mu eylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq