Tökdükcə qanımı oxun, ol asitan içər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Tökdükcə qanımı oxun, ol asitan içər,Bir yerdəyəm əsir ki, toprağ qan içər.
Əhli-zəmanə qanına çox təşnədir zəmin,Qanın kimin tökərsə fələk, ol zəman içər.
Mey içmədən açılmaz imiş babi-məğfirət,Sövgəndlər bu babdə piri-müğan içər.
Üqbadə Kövsər istəməsin rindi-meykədə,Dünyadə bəs degilmi meyi-ərğəvan içər?
Qəmzən görünməyib gözə, qanlar içər müdam,Zahid kimi ki, badəni eldən nihan içər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Meydən əgərçi tövbə verir el Füzuliyə,Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-tokdukce-qanimi-oxun-ol-asitan-icer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böylə bir sevdayə heç kəs dözməyə qadir deyil.
Tel üstündən başa taxmış çələng ol məhliqa güldənQəribə sərvdir, zinət veribdir yarpağa güldən.
Sabah bayramdır, ey ömrüm, aman ver, eyləmə təcilSəhər olsun, məni xəncərlə qurban etsin ol qatil.
Gülüm, yolunda qəmi bihesabdır könlünİşi müsibət ilə iztirabdır könlün.
Başqa şairlərin şeirləri · Mey və meyxana
وی جام بلورین که خورد باده نابت
RəngdirUyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Sevmişəm(Arış) mülkünün Muğan tayındaBir dilbər-məh cəmalı sevmişəm,
Könlüm elə pünhandır, keysulər arasındaKönlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.