Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

Cənnət üçün mən’ edən aşiqləri didardən,Bilməmiş kim, cənnəti aşiqlərin didar olur.

Eşq dərdindən olur aşiq mizaci müstəqim,Aşiqin dərdinə timar etsələr, bimar olur.

Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Eşq sevdasinə sərf eylər Füzuli ömrünü,Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq