Sərvi-azad qədinilə mana yeksan görünür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sərvi-azad qədinilə mana yeksan görünür,Nəyə sərgəştə olan baxsa, xuraman görünür.
Can görünməz desələr təndə inanman, nişə kim,Lütfdən hər necə baxsam təninə, can görünür.
Derəm əhvalımı cananə qılam ərz, vəli,Görə bilmən özümü onda ki, canan görünür.
Ey deyən: səbr qıl, ah eyləmə yari görcək,Mənə düşvardır ol, gər sənə asan görünür.
Sordum əhvalımı eşqində münəccimlərdən,Baxdılar tale’ evinə, dedilər: qan görünür.
Nə kəmandarsan, ey məh, ki, atıb qəmzə oxun,Yıxdığın seyddə nə zəxm, nə peykan görünür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bir sənəm zülfünə guya ki, veribdir könlünKi, Füzulinin ikən halı pərişan görünür.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-servi-azad-qedinile-mana-yeksan-gorunur
← → düymələri ilə keçid, R — təsadüfi şeir