Ruzigarım buldu dövrani-fələkdən inqilab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ruzigarım buldu dövrani-fələkdən inqilab,Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab.
Şö’leyi-ah ilə yandırdım dili-sərgəştəyi,Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab?
Lə’lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq,Oldu vacib eyləmək ol biədəbdən ictinab.
Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim,Rişteyi-tədbirdən dövrani-kəcrov açdı tab.
Olmadı ol mahə rövşən yandığm hicran günü,Yandığın şəb ta səhər şəm’in nə bilsin afitab.
Göz ki, peykanın qapub, gögdən saçar hər yan sirişk,Bir sədəfdir, qətreyi-barani eylər dürri-nab.
Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah,Ah kim, almaz cəmalindən hənuz ol məh niqab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kəsmədi məndən səri-kuyində azarın rəqib,Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ruzigarim-buldu-dovrani-felekden-inqilab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Feyzi-məxsusdur ol, aləmi-baladən olub.
Qəddi-balana baxanda bir bəla gördüm səniValeh oldum, harda mən, ey dilrüba, gördüm səni.
Kimsə bizə hicran gecəsində güzər etməzPəjmürdə olan halıma bir kəs nəzər etməz.
O qara zülfünü gəl açma sən, ey nazlı nigar!Cismimi canım ilə bağlayan ol tel qırılar.
Başqa şairlərin şeirləri · Hicran
Tarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməzQoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Bu bəzmi-işrətə, saqi, piyalə gec gəldiBu bəzmi-işrətə, saqi, piyalə gec gəldi,Gözün fədası, bizi sal xəyalə, gec gəldi.