Sən yüzündən aləmi rövşən qılıb saldın niqab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sən yüzündən aləmi rövşən qılıb saldın niqab,Yazıya. salsın bu gündən böylə nurin afitab.
Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah,Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab.
Əks ruyin suya salmış sayə, zülfün toprağa,Ənbər etmiş toprağın adın, suyun ismin gülab.
Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizinKim, yeli bağrına basıb, suya göz dikmiş hübab.
Lə’lgun meydir əlində sağəri-simin ilə,Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab?
Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm,Eyləyib məhbublər məcmuəsindən intixab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq,Budurur mən bildigim, "vallahu ə’ləm bis-səvab".
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-sen-yuzunden-alemi-rovsen-qilib-saldin-niqab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Afərin, ey saneyi-tənpərvəri-canafərin!Xaliqül-əşya, ilahül-xəlq, rəbbül-aləmin!
Şükr kim, çərx istiqamət üzrə dövran eylədi1Şükr kim, çərx istiqamət üzrə dövran eylədi,
Əlhəmdü lillahilləzi xələqəs-səmavatil-ülaالحمد لله الذی خلق السموات العلیK’andan tapar xaki-zəmin feyzi-bahari-dilgüşa.
Bir gün ki, cündi-şamilə cəng etdi asimanBir gün ki, cündi-şamilə cəng etdi asiman,Oldu büruci-qəl’eyi-gərdunda çox qiran.
Başqa şairlərin şeirləri · Eşq
Bir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Bəxt mənə yar olub şahi-Suleyman bu günBəxt mənə yar olub şahi-Suleyman bu gün,Sayə salıb ustumə ol şəhi xaqan bu gün.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Könlüm səni istərYüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,