Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir,
Nə bəladır nəzər əhlinə, nə xoş məddi-nəzərdir?
Göz yoludur ki, könül mülkinə xublar girər ondan,
Tutma, ey əşk, onu billah ki, əcəb rah güzərdir.
Nə göhər bulsa bəyənməz buraxır yazıya dərya,
Qaliba, kim ona məqsud dişin kimi göhərdir.
Eşq eybini bilibsən hünər, ey zahidi-qafil,
Hünərin eybdir əmma, dediyin eyb hünərdir.
Sitəmin gərçi yamandır, onu tərk eyləmə, billah
Ki, təğafül, sitəmindən dəxi əlbəttə, bətərdir.
Axir olmaz necə kim, göz yaşı axarsa həmana
Ki, dəmadəm ona imdad qılan xuni-ciyərdir.
Sərsəri basma qədəm eşq təriqinə, Füzuli,
Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-veh-ne-qamet-ne-qiyamet-bu-ne-saxi-guli-terdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Azərbaycan himni100px|thumbnail|right|Vokal versiyaAzərbaycan! Azərbaycan!
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.