Gəl, Saqi, mənə indisə ver bir iri gövhər,Ver bir iri gövhər ki, odur nəşəyə cövhər.Ver, ver ki, içim ta tutulum feyz ilə şövqə,Alsın məni məndən, tutaraq cismini zövqə.Ver, Saqi, o saf yaqut ilə dopdolu camı,Bir cam ki, tapar cümlə əqil onda nizamı.Ver, ver ki, bu tər ləl ilə ömrüm başa çatsın,Ver ki, saralan çöhrəmi al rənglə qızartsın.Bir mey ki, odur çarə tapan, son verən ahə,Bir mey ki, gəda içsə dönər ən ulu şahə.Ver mayeyi-izzət suyunu, ver ki, yazıq mənŞah zövqünü ta ki ayırım zövqi-gədadən.Ta qəlbimə mey zövq verib gözlərimə nur,Bir cam dəxi lütf elə, qıl məclisi pürşur.Altıncı qədəhdən qonaraq əqlə fərasət,Tapsın ürəyim halını izharə cəsarət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana