Biz ilə yevropalıların təfavütü
Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür … halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir….
Ağappaq qap kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir kirvəngə mazut tök, bir addımdan məlum eləməz.
İkinci təfavüt.
Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək…. Şer:
Onlar əvvəl adam imişlər ki,
indi də quş olmaq istəyirlər,
Bəs biz əvvəl nə imişik ki,
indi adam olmaq istəyirik?
İndi keçək başqa məsələlərə.
Təkəbbür və lovğa adamdan hamının zəhləsi gedir, amma hamı da o cürə adamlardan çəkinir və həmişə onlara yol verməyə məcbur olur.
Hər halda, bu məsəl ki--ağac bar gətirdikcə başını aşağı tutar--hamının xoşuna gəlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın başını o qədər də aşağı tutması ağacın özü üçün zərərdir, çünki sınar.
O səbəbdəndir ki, ağacın qədr və qiymətini bilən bağbanlar o cürə ağaclara bir dayaq qayırırlar ki, bu "başıaşağılıqadan ona bir zərər və sədəmə yetişməsin. Halbuki bizdə tək-tək tapılan barlı "ağaclar" bar verib başıaşağı olduqları halda, onun barından mənfəət aparanlar daha da başından basırlar ki, binəva puç olsun!
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-biz-ile-yevropalilarin-tefavutu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Duma yaxınlaşırBir “inteligentin” xəyalı
Ordan-burdan 79Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rusyapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi.Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, “orqanizasiya”- lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və “Hümmət” və “İttifaq” və “Hidayət” və “İxvani-səfa” və “Sədayimillət” və “Bəydəqi-nüsrət” və “Şəms” kimi cəmiyyətlər təşkil olunub, öz “ziyabəxş” və “tərəqqigöstər” və “mədəniyyətpərvər” və “maarifpərəst” olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, “Hümmət” öz hümmətilə, “İttifaq” öz ittifaqilə, “Hidayət” öz hidayətilə, “İxvanisəfa” öz səfasilə, “Sədayi-millət” öz sədasilə, “Bəydəqi-nüsrət” öz bəydəqilə və “Şəms” də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın!
Ordan-burdan 80– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?
Halımıza dair 2Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!
Başqa şairlərin şeirləri · Satira
Nə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.
Demədimİşimiz boş danışıq, həmdü sənadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Sual-cavab (" – Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?")CAVAN-QOCA– Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?