Hara qaçacaqlar?
Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim və qeyriləri – bunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar:
“Salam-duadan sonra yazıb məlum edirik ki, “ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm”, ona binaən Təbrizdən qaçdıq, vəssalam.”
İndi mən öz-özümə fikir edirəm: yaxşı, bunlar hara qaçacaqdırlar?
Tehrana?
Xeyr! İndi bu saat Məhəmmədəli şahın onlara elə acığı tutub ki, hərgah o, “səd nəfər tənha”dan birini görsə, elə vurar ki, başı süpəhsalar məscidi kimi darmadağın olar.
Bəs hara? İranın sair şəhərlərinə?
Xeyr! Hərçənd İranın sair şəhərləri Təbriz əhlini aldatdılar və yalandan dedilər ki, ay budur köməyə gəlirik, ay on min adam göndəririk, ay bu gün çatar, ay sabah çatar, ha budur gəldilər, ha atlıların başı çıxdı – qərəz çox səs-küy elədilər, amma axırından bir şey çıxmadı, atlıların nə başı göründü, nə quyruğu, yazıq təbrizlilər gözlədilər, gözlədilər, axırda qəti ümid olub, dedilər: özünə bağla ümidini, özgəyə bağlama.
Amma yenə də...
Heç ağlım kəsmir ki, bu şəhərin adamları Təbrizdən qaçan “qəhrəmanlara” ağuşlarını açıb üzlərindən öpsünlər və desinlər: “Yuxay, nə yaxşı ki, sağ-səlamət gəlib çıxdınız”. Çünki əgər bu şəhərlərin birində namus olmasa, barı insaf olar. O birində insaf da olmasa, barı bir parça qeyrət olar! Bir ayrısında namus, insaf və bir parça qeyrət olmasa, bir qədər həmiyyət olar; bir ayrısında namus, insaf, bir parça qeyrət və bir qədər həmiyyət olmasa, bir dıtdaq mürüvvət olar. Bir özgəsində namus, insaf, bir parça qeyrət, bir qədər həmiyyət, bir dıtdaq mürüvvət olmasa, barı bir barmaq ağıl olar. Yenə bir başqasında namuş, insaf, bir parça qeyrət, bir qədər həmiyyət, bir dıtdaq mürüvvət, bir barmaq ağıl olmasa da barı bir anbar qorxaqlıq olar.
Amma qorxaqlıq olar, çünki qorxaqlıq oldu ki, Təbrizə köməyə getmədilər və indi qorxaqlıq olar ki, Təbrizə kömək edərlər, çünki daha Səttarxanın gücü məlum oldu. Kişi padşah ilə padşahlıq etdi. Halbuki bütün İran və bizim Bakıda bütün Quba meydanının adamları deyirdilər ki, padcahnan padcahlıq eləmək olmaz. Amma görünür ki olar və necə ki oldu! Hə, bəs indi bu adamlar hara qaçacaqdırlar?
Rusiyaya?..
Xeyr, Rusiyada məşrutə var. Məşrutəli yer onları qəbul etməz.
Bəs hara?
Elə mən bu fikirdə idim ki, gördüm idarəmizin qabağında iki nəfər adam acıqlı danışır. Biri deyir:
– Adə, boynu sınmış Cəfər necə oldu?
O biri deyir:
– Getdi.
– Hara?
– Əşi, cəhənnəmə, gora! Mən nə bilim!
İndi ağlım kəsir ki, mənim sualıma da bu cürə cavab verməkdən başqa bir çarə yoxdur.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-hara-qacacaqlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əfradi-əhli-məclisİŞTİRAK EDİRLƏR
Birinci məclisR ü s t ə m b ə y i n evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar.*M u s i q i
İkinci məclisRüstəm bəyin həyəti ilə küçədə vaqe olur. Rüstəm bəyin həyəti hasar ilə məhsurdur. Pərdə qalxdıqda həyətdə S ə r v ə r ilə G ü l n a z görünür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pərdə qalxır.*S ə r v ə r.
Üçüncü məclisBir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.*M u s i q i
Başqa şairlərin şeirləri · Satira
Mehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Sahib-zühurEvini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
Şücaət(“Suraxanski” küçə, yuxarı məhəllə, Qoşa hamamın qabağı)*Yuxarı məhlənin əhlində şücaət görünüb,