Səhifə 2 / 3 · 33%

Bu əsnada q a p ı bərk döyülür.

R ü s t ə m b ə y. Durun gəlin bəri, yəqin kişi gəldi.

H a m ı s ı durub gedir.

M u s i q i

M ə ş ə d i İ b a d (daxil olur).

Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana.
Çörəyi yemərəm mən yavana.
Yaxşı demərəm mən yamana,
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən.
Gəl, xanım, gəl yanıma,
Gəl, canım, gəl yanıma,
Gəl, yarım, gəl yanıma.
Gəl, mən ölüm, mən ölüm, mən ölüm gəl!… (2 dəfə)
A quzum, gəl yanıma,
Canımı verərəm mən yarıma.
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən.

M u s i q i

Yenə təkrar "Gəl, xanım, gəl yanıma".

M u s i q i

R ü s t ə m b ə y (daxil olur).

Məşdi İbad, sən bizə xoş gəlib, bizi şad elədin!
Bir de görüm nə oldu ki, nə oldu bizi yad elədin?

M ə ş ə d i İ b a d.

A kişi, sən öl, mən səni hamıdan artıq yad elərəm,
Sən qızı mənə vergilən, gör necə səni şad elərəm.

Musiqi çalınır, i k i s i də oynayır.

R ü s t ə m b ə y.

Söylə görüm bir mənə,
Cib doludurmu pul ilən?
Gəl sənə mən qız verim,
Nə işin vardır dul ilən.

M ə ş ə d i İ b a d

A kişi, sən öl, mən sənə
Nə qədər desən pul verərəm,
Sən qızı mənə vergilən,
Gör necə səni şad elərəm.

Musiqi çalınır, ikisi də oynayır.

M ə ş ə d i İ b a d. Pul verimmi?
R ü s t ə m b ə y. Vergilən!
M ə ş ə d i İ b a d. Qız verərsənmi?
R ü s t ə m b ə y. Verərəm!
M ə ş ə d i İ b a d. Tez verimmi?
R ü s t ə m b ə y. Vergilən!
M ə ş ə d i İ b a d. Tez verərsənmi?
R ü s t ə m b ə y. Verərəm!
M ə ş ə d i İ b a d. Degilən sən öl!
R ü s t ə m b ə y. Bu sən öl!
M ə ş ə d i İ b a d. Bəs elə isə?
R ü s t ə m b ə y. Ver əlini!
M ə ş ə d i İ b a d. Bəs elə isə?
R ü s t ə m b ə y. Ver əlini!
M ə ş ə d i İ b a d. Degilən sən öl!
R ü s t ə m b ə y. Bu sən öl!
M ə ş ə d i İ b a d.

Bəs elə isə?

R ü s t ə m b ə y.

Ver əlini!

Musiqi çalınır, ikisi də oynayır.

M ə ş ə d i İ b a d (danışıq). İndi axır sözünü de görüm, qızı mənə verirsənmi? Yoxsa vermirsən, gedib ayrı qız alaram, deyərəm ki, o olmasın, bu olsun!
R ü s t ə m b ə y. Mən öz sözümün üstündə duran adamam. Ancaq sən də gərək qabaqca bir balaca tədarük görəsən. (Əli ilə pula işarə edir).
M ə ş ə d i İ b a d.

Min manat sənə bəsdirmi?

R ü s t ə m b ə y.

Min də üstə artır.

M ə ş ə d i İ b a d. A kişi, axı bunun bir anbar da toy xərci var.
R ü s t ə m b ə y. Doğrudur, ancaq nə eləmək? Hərgah bir qədər cavan olsa idin, bu iş sənin üçün ucuz tamam olardı, amma heyf ki, qocasan, taxsır özündədir.
M ə ş ə d i İ b a d. A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğu burma cavana dəyərəm. Sən nə fikir edirsən?! Ala, min beş yüz manat, qalanını da sonra verərəm (pul çıxardıb verir).
R ü s t ə m b ə y. Olar (pulu alır). Zərər yoxdur.
M ə ş ə d i İ b a d. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?
R ü s t ə m b ə y. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (gedir).
M ə ş ə d i İ b a d. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq adam olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun!… (Sükut). A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mən. (Aynaya baxır). Allaha şükür, dişlərim hamısı cabəca, saqqalım da qapqara şəvə kimi. (Diqqət ilə baxır). Deyəsən burda bir dənə ağ tük vardır. Gərək dartam çıxsın. (Dartır). A zəhrimar!… Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. (Cıxardır). Puf!… Rədd ol, sarlatan!… Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə, mən ki, əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya. (Güzgüyə baxıb ora-burasını düzəldir). İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin: Hərgah belə qoysam (gəc qoyur), onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əyər belə qoysam (gözünün üstə qoyur), onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Hərgah bu cürə qoysam (lap dalı qoyur), onda qızın məndən zəhləsi gedər. Elə bilər ki, Gəncə qumarbazıyam, əgər belənçik qoysam (təpəsinə qoyur), onda da Şamaxı lotusuna oxşaram. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavannıyam. Doğrudan da, mən bir qədər abrazavannıyam, çünki uruslar mən ilə çox alış-veriş eləyiblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Məsələn: işto katu, bajaluska, funt vosim qəpik, menşi nelza, nelza (Səs gəlir). Aha, deyəsən qız gəlir; indi gərək mən seryoznıski olam. (Bir kreslo üstündə bardaş qurub oturur.)

G ü l n a z ilə S ə n ə m daxil olur.

G ü l n a z. Uy, mən bu kişidən qorxuram!
S ə n ə m. Nə kifir kişidir, ay allah!
M ə ş ə d i İ b a d (kənara). Deyəsən, məndən qorxurlar. Zərər yoxdur; arvad kişidən qorxsa yaxşıdır. (Onlara). Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız?
S ə n ə m. Mən qulluqçuyam, bu xanımdır. (Otururlar).
M ə ş ə d i İ b a d. Çox gözəl, çox əcəb! (Kənara). Heç qulluqçunun özü də yaman deyildir, amma xanıma söz yoxdur. Dəyər verdiyim pullara. (Sükut. Heç kəs dinməyir. Məşədi İbad birdən-birə gözlərini Gülnazın başına tərəf dikib, diqqət ilə baxır). Xanım, sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qoyursan.
G ü l n a z. Xeyr, həna qoymuram!
M ə ş ə d i İ b a d. Hə!… Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. (Kənara). Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi.
G ü l n a z. Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacı ola.
S ə n ə m. Allaha şükür, xanım qocalmayıb ha!
M ə ş ə d i İ b a d (tələsik). Xeyr, xanım, mənim də saqqalım ağarmayıbdır. Mən saqqalıma həna qoydum, qoymadım həmişə qapqara şəvə kimidir. Amma mən bir növ adətkardə olmuşam və fars da deyir ki, "tərki-adət bə movcibi mərəzəst". (İrəli gəlir.) Allah ölənlərinizə rəhmət eyləsin, mənim rəhmətlik anam deyərdi ki, başımın hənasının vaxtı keçəndə başım ağrıyır. Çünki adətkardə olmuşdur.
G ü l n a z. Yəqin sizin də saqqaqlınızın hənasının vaxtı keçəndə ağrıyır.
M ə ş ə d i İ b a d. Bəli, ağrıyır. Saqqalım bərk ağrıyır; bir də, mən sənə deyim, insanın başının, ya saqqalının ağlığı onun qocalığına dəlalət eyləməz. Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi; halbuki iki yaşında uşağa qoca demək olmaz. Və bir də siz mənim başıma diqqət edin, heç görün bir dənə ağ tük varmı? (Başını göstərir).
G ü l n a z. Heç qarası da yoxdur.
M ə ş ə d i İ b a d. Bəs bundan məlum olur ki, insan cürbəcür olar. Sizin ikinizin də canı üçün, indi dünya elə dönübdür ki, indiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Məsələn, mən tarix-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. İnsanın zahiri nə qədər çirkin olsa, batili bir o qədər gözəl olar. Məsəl var ki, deyərlər: o olmasın, bu olsun. Əlbətə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca eylər.
S ə n ə m. Görünür ki, sənin çox pulun vardır.
M ə ş ə d i İ b a d. Sənin dövlətindən kefim çox kökdür. (Əlini cibinə salıb, bir abbası çıxardır). Buyur, bu abbasını saxla, lazım olar saqqıza verib çeynərsən.
S ə n ə m. Xeyr, çox sağ ol, pul lazım olsa, ağam verər.
M ə ş ə d i İ b a d. Aha, o başqa məsələ. (Pulu qoyur cibinə). Heç pis arvad deyildir. (Ona). Bir mənə de görüm sənin ərin var?
S ə n ə m. Xeyr, yoxdur.
M ə ş ə d i İ b a d. Çox gözəl. (Kənara). Qabaqdan bilsəydim əvvəlcə bunu alardım, sonra xanımı! (Ona). Kefin necədir, yaxşı dolanırsanmı?
S ə n ə m. Nə üçün, şükür allaha, yaxşıyam.
M ə ş ə d i İ b a d. Çox gözəl. (Gülnaza). Xanım, heç sən danışmırsan?
G ü l n a z. Mən qulaq asıram.
M ə ş ə d i İ b a d. Çox gözəl. Qulaq asmaq da yaxşı şeydir. (Kənara). Qəribə yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Şair çox gözəl deyibdir ki (oxuyur):

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü məclis

Ə s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı geyinibdir.Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).

191710 dəq
Əsli və Kərəm

4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR

19121 dəq
Birinci pərdə

Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabərq ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir.

19128 dəq
İkinci pərdə

BİRİNCİ ŞƏKİLİsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.

19129 dəq

Başqa şairlərin şeirləri