Ordan-burdan 121
Əşar
Bəli, doğru deyirlər ki;
Minmə, minmə, minə bilməzsən
Tünddür fələyin atı!
Döymə, döyə bilməzsən, bərkdir fələyin matı
Dəymə, nə işin var? Görsən bu lütülatı ki,
Onsuz da hər əli dinc durmayan salır bunların boynuna uzun bir çatı.
Yıxma, yıxa bilməzsən, bərkdir fələyin damı!
Pozma, poza bilməzsən, bərkdir fələyin namı!
Püf etmə, edə bilməzsən, keçməz fələyin şamı!
Əl çək sən allah, da bəsdir qoy, işin görsün bu adamı.
Tökmə, tökə bilməzsən, çıxmaz fələyin qanı,
Üzmə, üzə bilməzsən, bərkdir fələyin canı!
Etmə, edə bilməz, heç zad fələyin qanı.
Bəs deyirdin ki, cəmi aləm mənim əlimdədir, hanı?
Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı,
Keçmə, keçə bilməzsən, gendir fələyin çayı.
Tutma, tuta bilməzsən, çoxdur onların sayı.
Nahaq yerə bağlatma, vallah, bağlada bilməyəcəksən. Vardır yenə onun tayı.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-121
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki pərdəli komediya. Yaxud “Revizor”u yamsılamaq.*Əvvəlinci məclisdəki əfrad əhli-məclis
Ata və oğulAta** (*təkcə*). Kordur yurdum! Kor, kor! O günə daş düşeydi ki, mən evləndim; o günə ildırım düşeydi ki, mən belə nəslə rast gəldim! Kaş heç əvvəldən məni evləndirməyəydilər.Arvad** (*daxil olur*). A kişi, yenə nə var öz-özünə söylənirsən?
Gələcək Avropa konfransıMüqəddiməBir gecə Molla Nəsrəddin yatmışdı, evinin qabağında böyük bir dava düşdü. Arvadı Mollanı oyatdı ki, gör o nə davadır. Molla durub yorğana büründü və qapının ağzına çıxdı. Dava edənlər Mollanı görüb, yorğanı onun əlindən qapdılar və qaçdılar. Haman dəm, dava sakit oldu. Molla otağa qayıtdıqda arvadı soruşdu ki, dava nə üstə idi?
“Müəllimlərə 75 manat pul boldur” şəhər idarəsi“Müəllimlər öz işlərini qoyub özgə işlərlə məşğul olurlar”*Boşboğazlar
Başqa şairlərin şeirləri · Satira
Baxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Yenə təsir eləmir...Sirkdə çox tərbiyəni verir bil insan ayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!
Ədəbiyyat (“Bəsdi daha “Kəlniyət!”)Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,
Dram cəmiyyətiKəmşüur ƏyyarəÇıxmamış ortaya iş,