Ordan-burdan 120
Rusiyada hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi getdikcə daralır.
Qəzetə yazıçıları daha bilmirlər ki, nə yazsınlar, yəni nə tövr yazsınlar ki, nə qəzetələri bağlansın, nə iştiraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar.
Bu binəvalar gündüz axşama kimi qələm əllərində, qabaqlarında bir parça kağız gözlərini bir nöqtəyə zilləyib, başlarına gələn fikirləri əvvəlcə özləri öz senzorları əlinə verib, bir-bir keçirlər və bunların hamısını xilafi-senzur bilib, nihadi-qəlbdən dərin bir ah çəkməkdən başqa heç bir çarə görmürlər!
Yazıq mühərrirlər!
Bu bədbəxt müsəlman mühərrirləri ki, bir deyil, iki, üç, dörd, beş senzorlar qabağında “passavat” eləməyə məcburdurlar!
Binəva mühərrir, qələmi ələ götürüb deyir: Qoy siyasi bir məsələdən yazım – bir qədər yazır və sonra yazdığını oxuyub, öz-özünə məzəmmət eləyir ki, nə qayırdığındır, rəhmətliyin oğlu, arvad-uşağından əl çəkməmisən ha!
Götürüb cırır, deyir nə eləmək, qoy, aləmi-islam dövlətlərindən yazım – yazır – bir də görür ki, xeyr, sultan, İran padşahını hamısın bir-biri ilə qatışdırıbdır ki, sən öləsən, köhnəpərəst müsəlmanlar oxusalar elə çığırarlar ki, onun səsini Peterburqda, İstambulda da və hələ desən Tehranda da eşidərlər...
Görür ki, bu məqalə də baş tutmadı, götürür atır kənara.
Deyir canım qoy, öz məişətimizdəncə yazım... Yazır: idareyiruhaniyyələrimizin pozğunluğu...
Dayanır. Görür ki, mətləbin dalısı çox xatalıdır. Bir ah çəkib yazır:
“Arvad məsələsi” və haman saat üstündən bir qələm çəkib yazır: “Qoçubazlıq” və tez onun da üstündən bir qələm çəkib yazır: “Murdar hərəkətlərimiz” və tez onun da üstündən bir qələm cızıb dayanır və görür ki, daha öldürsən də başına özgə fikir girmir. Mühərrir qələmi yerə qoyur və kağızları da zibil səbətinə töküb, durur ayağa və bir-iki dəfə ora bura gəzişib deyir:
“Bir dəli şeytan deyir get sövdagər ol!”.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-120
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
BİRİNCİ ŞƏKİLŞiraz şəhərinin böyük bir b a z a r ı n d a vaqe olur. Səhnənin sol tərəfində aşpaz M ə s t a v ə r i n dükanı görünür. Məstavər dükanının qabağına yığılmış olan adamlara xörək satır; o biri tərəfdə cürbəcür dükanlar vardır; bir tərəfdə qaraçılar oynayırlar. Müqəddəmədən sonra pərdə qalxır. Q a r a ç ı q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya qaval vurur. Sair qaraçılar da yerində oxuyurlar.
Dördüncü pərdəBİRİNCİ ŞƏKİLŞ a h ı n s a r a y ı n d a vaqe olur. V ə z i r və b e ş n ə f ə r əyan məclis qurubdurlar. Müqəddəmədən sonra pərdə qalxır.
Ordan-burdan 1İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir:– Aləm şair oldu!
Ordan-burdan 2“Novoye vremya” qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:“Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə...”
Başqa şairlərin şeirləri · Satira
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Ötüşdən çıxan bir cəmaət gəlir!
Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab)Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
QızımaFikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!
GərəkGet dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.