“Novoye vremya” qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:

“Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə...”

(Yəni deyir, iranlı o qədər vəhşi idi ki, spiçka qutusu da görməmişdi).

“Qutunun üstündə Pyotr Kəbirin şəkli vardı...”

Mən 25 ildir ki, papiros çəkib, min cürə spiçka qutusu görmüşəm. Heç birinin üstündə rus padşahı Pyotr Kəbirin şəklini görməmişəm.

“Qulluqçu şəklin kim olduğunu iranlıya qandırdıqda, iranlı ona ehtiram etməyə başlayır, öpür və kəmali-təntənə və dəbdəbə ilə spiçka qutusunu yuxarı başa qoyub deyir ki, bunu iki gözüm kimi saxlayacağam”.

(Bəli! Yəni iranlılar vəhşilikdən savayı bir də çox padşahpərəstdirlər, demək istəyir).

“Mən İranda olmuşam, amma məndən ötrü çox təəccübdür, nə təhər oldu ki, iranlılar birdən inqilab başladılar?”

(Yəni deyir: Necə ola bildi ki, vəhşilikdən spiçka qutusunu öpüb gözlərinin üstünə qoyan iranlılar, birdən hürriyyət və azadlıqdan dəm vurmağa başladılar? Bunlar haman iranlılar dəyillərmi ki?).

“Dəmir yolunda işləyən zaman iki min nəfərləri bir balaca türkmən dəstəsi qabağından dovşan kimi qaçırdılar?.. Bu tayfa cəmi-cümlətanı bir iyirmi ilin ərzində bu qədər dəyişə bilərmi? Buna inanmaq çətindir.”

(İndi ağzımı açıb burada bir neçə söz deyərəm... sonra məni qınayarlar).

“Yox, mən inanmıram İran inqilabına. Bu nə inqilabdır ki, beş yüz qazağın rus polkovniki sərkərdəliyi ilə olan hücumu ilə sakit oldu...”

Cənab yazıçının daldakı sözlərindən bu çıxır ki, şah özü tazə fikir sahibli bir adamdır və camaat o ağılda ola bilməz və iranlılar şah ilə hürriyyət davası etməyib, bəlkə cəhalət davası edirlər.

Şahın tazə fikir sahibi olduğunu yazıçı cənabları yəqin kəsilmiş başlardan, cırılmış qarınlardan və asılmış bədənlərdən bilir. Doğrudan da, ölülərin qarnını cırmaq tazə fikirdir! Amma Stolıpin cənabları isə, bu da İran işlərində taza cahildir, zira ki, – “iranlılar inqilab bacarmazlar, çünki bir İran kəndlisi spiçka qutusunu öpmüşdü və beş-altı hambal da türkmənlərdən qorxmuşlar”. Demək, məntiq cəhətincə böyük bir cəhalətdir və Mələkəl-Mütəkəllimeynləri, Cahangir xanları, Təbatəbai və s. hürriyyət qurbanlarını şahdan ağılsız hesab etmək – insaf cəhətincə böyük bir ağılsızlıqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məktəb məsələsi və F.A. cənabları

“Məktəb məsələsi” ünvanı ilə yazdığı bu ikinci məqaləni əvvəlincisinə mabəd surətində yazacaq idim. Çünki dərmiyan etdiyim məsələyi-mühimmə xüsusunda öz təsəvvüratımı izhar etməyi vəd etmişdim. Lakin (F.A.) rəfiqimizin “Yüz ildir getdik və əlx” məqaləsi bizi bu məsələdən bir haşiyə çıxarmağa məcbur etdi.Həmin bu “məktəb” məsələsinə bihəqqin aşına olan (F.A.) rəfiqimiz kimi mühərrirlərimizi biz qaldırdığımız məsələ xüsusunda öz təsəvvürati-qiymətdaranələrini yazacaqlarını biz kəmali-intizar ilə gözləyirdik. Lakin bu “Yüz ildir getdik və əlx” kimi məqaləni heç gözləmirdik, hətta yuxumuza da girməyirdi. Amma doğru deyirlər ki, “İş olanda olur”.

5 dəq
Ordan-burdan 78

Duma yaxınlaşırBir “inteligentin” xəyalı

3 dəq
Ordan-burdan 79

Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rusyapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi.Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, “orqanizasiya”- lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və “Hümmət” və “İttifaq” və “Hidayət” və “İxvani-səfa” və “Sədayimillət” və “Bəydəqi-nüsrət” və “Şəms” kimi cəmiyyətlər təşkil olunub, öz “ziyabəxş” və “tərəqqigöstər” və “mədəniyyətpərvər” və “maarifpərəst” olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, “Hümmət” öz hümmətilə, “İttifaq” öz ittifaqilə, “Hidayət” öz hidayətilə, “İxvanisəfa” öz səfasilə, “Sədayi-millət” öz sədasilə, “Bəydəqi-nüsrət” öz bəydəqilə və “Şəms” də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın!

1 dəq
Ordan-burdan 80

– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?

3 dəq

Başqa şairlərin şeirləri · Satira