Dünənki nömrəmizdə cənab Q.Mahmudbəyov “İrşad”ın 76-cı nömrəsində mündəric “Mərəzlərimizdən biri” ünvanlı məqalənin məzmunu ilə müvafiqət etməyib, deyir ki, mərəzimiz cürətsizlik deyil, məktəbsizlikdir! Cənab Mahmudbəyova cavab: – Əfəndim, məktəb açmaq üçün bir cürət lazımdırmı, yoxsa məktəb bahar gülü kimi özbaşınamı açılar? Bunu da unutmayaq əfəndim, özünü “oda-közə toxuyan” adama cürətli deməzlər, axmaq deyərlər. Bundan əlavə, siz məqalənizdə özünüzü kənara qoyub, “təqdiri-qəza qüvvəti bazu ilə dönməz” misrasının məzmun və məalinə tabe olan əvamı özünüzə qalxan edər kimi meydana çıxırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvamımız da “məktəbli” olub, “hüməmül rical təqləül cibal” kimi ali fikirlərin qüvvədən felə gətirilməsinə naili-murad olsun, əfəndim!


Əcəb türkün ürəkdən tikan çıxardan məsələləri var. Məsələn, “Abbasını bəyənməyən beş şahı çıxardar”. Bu zərbi-məsəl bir para başıboş, bişüur, məslək və əqidəsiz firqələrin hər bir kargün zatə qarşı etdiyi istehzaya bir cavabı şafidir. Hər bir millətin içində “abbasını bəyənməyən” fərdlər vardır. Lakin bunlar üç qisimdir: biri abbasını bəyənməyib, beş şahı çıxardanlar, digəri, abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəyənməyib, beş şahı çıxarda bilməyənlər və üçüncüsü, abbasını bəyənməyib, beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qisim hər bir millət içində müzürr bir ünsürdür ki, bunun sənəti iş görməyə bel bağlayan adamları həvəsdən salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə, iş görənlərimiz də öz istedad və qüvvətlərinə etiqad olsa belə, “abbasını bəyənməyənlərin” hər bir qövl və felini daşa-qayaya çırparlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Harun və Leyla

Beş pərdəli opera*İştirak edirlər

1 dəq
Birinci pərdə

Əmirin bağçası: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır. Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq yerdə fərş salınıb, vəzir əlində kitablar əyləşib, qabağında düzülmüş olan qızlara dərs verir və nəsihətlər edir. Əmirin qızı Leyla dəxi bunların içindədir; lakin bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə, Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izah edir. Bilaxirə üzünü əli ilə tutub ağlayan kimi görünür.*Vəzir**

8 dəq
İkinci pərdə

Əmirin sarayıdır. Otaq ərəb əmirlərinə məxsus gözəl bir surətdə döşənib, bir tərəfdə dəxi Əmirin öz təxti vardır. Otaqda tək bir Leyla oturub, öz-özünə eşqdən danışır.*Leyla**

7 dəq
Üçüncü pərdə

Meşə içində boş yerdə vaqe olur. İki çadır qurulubdur. Hər çadır ağzında bir nəfər əsgər durubdur. Bəkir tək ora-bura gəzinir. Pərdə qalxır.*Bəkir** (söz ilə). Harun, bəli, düşməni məğlub etdi! Zeyd məyus qaldı... Nə edim? Zeydin təklifini qəbul edim, etməyim? Təklifi ağırdır. Lakin əvəzində verdiyi simuzərin çəkisi də ağırdır! (Fikrə gedir.) Olsun! Mənə simuzər lazımdır! (Bu halda pərdə dalından qoşunun səsi gəlir.) Aha, gəlirlər!

4 dəq

Başqa şairlərin şeirləri · Satira