Ordan-burdan 90
Belə rəvayət eləyirlər ki, stolıpinlər və sair ministirlər birinci dumanı dağıtdıqlarına görə çox böyük peşiman olub, əllərini dizlərinə çırpırlar və hərdən deyirlər: vay, fələk, evin yıxılsın, bu nə pis iş idi ki, bizim başımıza gətirdin! Fələk də deyir ki, balam, mən nə qayırım, əvvəlinci dumanı dağıdan da siz oldunuz, ikinci dumanı yığan da. Ministirlər də başlarını aşağı salıb, qəm və kədər ilə deyirlər: axı, biz nə bilirdik ki, ikinci duma belə yaman olacaq. Fələk də cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz...
Da fələyin o biri sözlərini hələ eşitmək mümkün deyil; çünki burada “hürriyyəti-mətbuat”ın axır-uxurudur.
Axır-uxur dedim, yadıma dünyanın axırı düşdü.
Bəli, İtaliya münəccimlərinin deməyinə görə 5-6 gündən sonra qiyamət bərpa olacaqdır. Ancaq bu xəbər doğru da olsa, heç bundan qorxmaq lazım deyil. Çünki bizim ölümdən qorxmağımız o səbəbdəndir ki, biz hamımız xudpəsənd və paxıl adamlarıq. Deyirik: heç rəvadırmı ki, mən ölüm, amma Məmmədcəfər yaşasın.
Amma qiyamət bərpa olsa, ta Məmmədcəfər də diri qalmaz və biz hamımız yoldaşlıq ilə ölərik. O ki, qaldı bizim iş-gücümüzə, nə var: onları o dünyada da görmək olar. Çünki bizim işlərimizə baxılsa, bizdən ötrü o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Ələlxüsus hökumət üçün o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Odur ki, indi işlərini heç əldən buraxmayıb, yenə asdırmaqda, kəsdirməkdə, aramaqda, axtarmaqdadır.
Məsələn, srağa, gün Bakı hökumətinin könlünə adam axtarmaq həvəsi düşmüşdü. Bilmirdi ki, hara getsin və kimi axtarsın.
Fikir elədi, elədi, axırda alnına vurub dedi: “Hə, bildim!”. Və yola düşüb getdi və gəlib “İslamiyyə” mehmanxanasına yetişdi və xalqı axtarmağa başladı və mən də orada idim, məni də axtardı və xalqa çox əziyyət verdi və axtarmamış yer qoymadı və xalqın yorğan-döşəyini eşələyib, az qaldı ki, balışların və mütəkkələrin bağırsaqlarını çıxarsın və heç nə tapmadı. Ona görə bərk acığı tutdu və istədi ki, mehmanxananın çəngəl-bıçaqlarını aparsın. Amma çəngəl-bıçaq ilə xörək yeyildiyinə görə və xörək yeməkdə də xilafi-hökuməti bir şey olmadığına görə əliboş getməkdən savayı bir əlac tapmadılar.
İndi bilmirəm, Bakıda “İslamiyyə” mehmanxanasını axtarmaqda hökumətin fikri nə imiş, yoxsa belə güman eləyir ki, “İslamiyyə” panislamizm sözündən çıxıbdır.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-90
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ümum millətimizin asayiş və səlamətliyini gözləyən “Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün zənbur çulara ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə hədyanat söyləyəcəklərsə, söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəəngiz məsələlər salmasınlar. Mənim Əhməd bəyi müdafiə etməyim, heç kəsə ixtiyar verməz ki, aralığa qarabağlı, bakılı məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyət-xudadadımı millətin tərəqqisi yolunda sərf etməklə xain, həsud və bəxil zənbur çuların gözlərinə bir ox olub batıram? Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetələrdə yazmaqla, əhaliyə xidmət etmək və yaddan çıxmış ləhvüləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində – deyil ev tikdirmək, banklarda pul saxlamaq, – bəlkə öz ailəmi bəsləyəcək qədrində də olmayan bir mükafata razı olmaq zənburçular nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən qaraqəlbli, kəsifürəkli zənburçuların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da məni dəfə çalışsınlar, lakin əhalini ələ dolayıb da, aralığa “bakılı”, “qarabağlı” fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var mənə desinlər. Bu, bir ciddi təklifdir.
OvzaımızBir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər.
Tələbələr məsələsiQəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.
Ordan-burdan 44Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:
Başqa şairlərin şeirləri · Satira
Ey Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!
Demədimİşimiz boş danışıq, həmdü sənadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,