Rus yazıçılarından Krılov deyir ki, vay o gündən ki, çəkməçi şəkərçörəyi bişirə, şəkərçörəyi bişirən də çəkmə tikə.


Bizim işlərimizin axırından heç bir nəticə hasil olmamağının hikməti həmin bu sözlərlə məlum olur.

Görürsən, bir cəmiyyət qurduq. Bəli, bu cəmiyyətə bir nəfər tədbirli və ağıllı bir sədr, yaxşı iş görən və iş bacaran idarə lazımdır. Kimi seçmək?

Baxırıq görək, içimizdə kim... iş görəndir? Tədbir sahibidir? Xeyr, kim “ağa”dır?

Tez “ağa”nın ətəyindən yapışırıq ki, gəl cəmiyyətimizə sədr ol! “Ağa” deyir:

– Camaat, məni bağışlayın. Sözün doğrusu, mən bu işin öhdəsindən gələ bilmərəm.

Biz deyirik:

– Xeyr. Bu nə sözdür, bu nə təvazedir. Dünyada heç bir iş ola bilərmi ki, sən onun öhdəsindən gələ bilməyəsən?! Sən hər bir şeyi bacaransan, çünki sən ağasan!

“Ağa” deyir:

– Vallah, mən bacaran iş deyil.

Biz deyirik:

– Sən bacarmayan iş yoxdur.

“Ağa” deyir:

– Vallah məni bağışlayın.

Biz deyirik:

– Yox, sən bizi bağışla və millət naminə bu işi qəbul et. Yazığın gəlsin bu yetim qalmış millətə, yazıqdır, bikəsdir, binəvadır.

“Ağa”nın ürəyi boşalıb, işi qəbul edir.

Sonra “ağa” qalıb öz ağalığında, işlər qalıb öz işliyində, biz də şad oluruq ki, “ağanı” iş başına seçdik. Yoxsa, onu seçməseydik, bizdən inciyərdi.


Günlərin bir günü bir fağır kişi görür ki, bir nəfər “millətpərəst” Yevropa mehmanxanalarının birində əyləşib öz-özünə kef edir. Fağır bunun yanına gəlir ki, bəlkə buna da bir şey versin.

Millətpərəst ağa soruşur:

– Nərədən gəlirsən?

Deyir:

– Sənin ölkəndən!

– Nə var, nə yox?

– Şükür Allaha, hamı sağ və salamat olub, ağanın ömrünə duagurdular.

A ğ a – Mənim təsis elədiyim cəmiyyəti gördünmü?

F a ğ ı r – Bəli, gördüm. Heç onun kimi iş görən cəmiyyət olmaz.

– Cəmiyyətin qəzetəsini gördünmü?

– Bəli, gördüm. Minlərcə müştərisi var idi.

– Cəmiyyətin məktəbini gördünmü?

– Bəli, gördüm, onun kimi müntəzəm məktəb görməmişəm.

– Məktəbdə oxuyan uşaqları gördünmü?

– Bəli, gördüm. Bülbül kimi dərs oxuyurdular.

Millətpərəst ağa bu sözləri eşidib kefinə məşğul oldu.

Amma fağıra bir şey vermədi. Onun əvəzində mehmanxanaya daxil olan bir nəfər oğlan uşağına bir dənə qızıl bəxşiş elədi. Fağır əhvalatı belə görüb dedi:

– Hərgah sizin məktəbin uşaqları dağılmasaydılar, bu uşağa çox oxşardılar.

A ğ a ( t ə ə c c ü b l ə) – Məgər məktəbimin uşaqları dağıldı?

– Bəli.

– Nə üçün?

– Çünki məktəb bağlanandan sonra uşaqlar daha dağıldılar.

A ğ a – Məgər mənim məktəbim bağlandı ki, uşaqlar dağılırlar?

– Bəli!

– Nə üçün?

– Çünki məktəbə xərc olan pulları verdilər qəzetəmizin iştiraf xərcinə və qəzetə bağlandıqdan sonra da o pul da batdı.

– Məgər qəzetə bağlandı?

– Bəli!

– Nə üçün?

– Cəmiyyətinizin əzasından birisi danos yazmışdı, onun üçün!

– Məgər cəmiyyətimin içində danosyazan oldumu?

– Bəli, oldu.

– Nə üçün?

– Çünki cəmiyyət bağlandıqdan sonra o biri əzalar cəmiyyət pulunu öz aralarında bölüşdürüb ona heç zad vermədilər. O da danos yazdı.

– Məgər cəmiyyət də bağlandı?

– Bəli.

– Nə üçün?

– Çünki cəmiyyətin sədri qoyub qaçandan sonra əzalar dedilər ki, bizə nə düşübdür?

“Millətpərəst ağa” bu əhvalatı eşidən kimi əllərini göyə qaldırıb dedi:

– Allah, sənə çox şükür, qayğıdan qurtardım! – deyib fağır kişiyə bir çox müjdə pulu verdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mərəzlərimizdən biri

Dünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər.

3 dəq
Ordan-burdan 51

Rus qəzetələri bir o qədər Vitte – Durnovo – deyə bağırıb, bu iki dövlətçiləri bir hökmdar yerində qoydular ki, axırda Vitte ilə Durnovo arasında birdən-birə pozğunluq peyda oldu. Vitte rəfiqi (bəlkə də rəqibi) Durnovodan küsübdür. Lakin bu küsməni bir vəchlə örtüb, özünü sındırmamaqdan ötrü (böyük adamlara küsmək yaraşmaz) daha qocalmışam – deyə məmuriyyətini tərk etmək istəyir. Durnovo isə – o da sədr əzəm Vittedən küsübdür. Amma bu, küsməyini gizlətmək deyil, aşkar etmək üçün vəzirlər məclisinə gəlməyib, at minib Peterburqun küçələrində ora-bura çapırmış... Deməli, bu da vəzirlərə məxsus bir zabastovka (tətildir) ki, sairlərə qadağandır.Zabastovka dedim xatirimə bir fəqərə düşdü. Birisi realni məktəbi şagirdlərindən sorurdu:

2 dəq
Ordan-burdan 52

– Kim deyir ki, Bakı şəhər idarəsinin pulu yoxdur?– Bakı rus-müsəlman məktəbinin sabiq müəllimi cənab M.A.Axundov deyir, çünki şəhər idarəsi ona pul borcludur, lakin vermək istəmir.

1 dəq
Ordan-burdan 53

Rus məmləkətində, yaxud Osmanlıdan başqa, qeyri-məmləkətlərdə nəşr olunan qəzetələri adam oxuduqda, qəlbi hüzn, kədər, ələm, yəslə dolub, əhvalı pərişan olur. Qanı xarab olur, canı sıxılır, başı ağrıyır, bir kəlmə, adamın ovqatı təlx olur. Hətta, ürəyi papiros kağızı kimi nazik olan damalardan bəziləri bitab olub, ürəyi getməsin deyə özünü sərin havaya verir. O biri “nervinni” deyilən əsəbi bir mərəzə mübtəla olmaqdan həzər edərək, qəzetə oxumağı tövbə edir və sairə. Amma, Osmanlı qəzetələrində bu nəhusət yoxdur. Odur ki, adam onları oxuduqda ovqatı filanı təlx olmur. Çünki bu qəzetələr vasitəsilə baxıb görür ki, dünya tamam bir sükunət içindədir ki, nə “revolyusiya” var, nə “reaksiya” var, nə “ictimaiyyuni-amiyyun”, nə “inqilabiyyuniamiyyun”, nə “məşrutəyi-amiyyə”, nə “hürriyyəti-milliyə”, nə Rusiya, nə Qafqaz heç zad yoxdur. Aləm digər bir aləmdir. Hər kəs öz işində gücündə... Adam oxuduqca qəlbi “fərəhlənir” bununla da belə “naşükür” yeni türklər Osmanlı senzorlarından şakirdirlər, halbuki onlar, görünür ki, “çox mürüvvətli və insaniyyətpərvər adamlardır”.Fars şairlərindən birisi taleyin müsəlmanlardan üz döndərib, əyyarlara yardımı olduğunu nəzərə alıb, bədbinalərə mənsub acı bir istehza ilə ruzgardan şikayətə başlayır. Deyir, deyir, axırda taleyə belə bir suval verir:

2 dəq

Başqa şairlərin şeirləri · Satira