Yaşılbaş sona
“Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”.
Vaqif
Bu iki misra məşhur şairimiz mərhum Vaqifin əşarındandır. Xan zamanında Vaqif neçə vaxt Kür qırağında qalıb, təngişməyi və vətənə qayıtmaq arzusunu bu şeirdə yazıb. Vaqifin təngişməyinə bir səbəb yaşılbaş sonaların yoxluğu olub; nə Kür tək gözəl çayın mənzərəsi, nə ətrafındakı gözəl meşələr, çəmənlər, heç biri onun ürəyini şad etməyib, ancaq yaşılbaş sona axtarıb. Bilmirəm keçən vaxt yaşılbaş sona niyə belə əlimyandı ilə axtarılırmış. Vaxta ki, bu əyyamda camaat bilməyir yaşılbaş sonanın əlindən başını götürüb haraya qaçsın. Yaşılbaş sonanın biri Şamaxıdan gəlib əyləşib Aşqabadda. Yazıq Aşqabad əhalisi bilməyir haraya qaçsın. Görürsən çıxır minbərə, başlayır: “Başlarını uzadanlara lənət! Üzlərini qırxdıranlara lənət! Qəzet yazana lənət! Qəzet oxuyana lənət! Bunlara lənət! Onlara lənət!..” Qırmızısaqqal, haçabirçək müridlər ağız-ağıza verib hind toyuğu tək bağırırlar: “Lənət!” Bu dəfə sonanın gözü bir üzü qırxığa sataşır. O saat rəngi üzündən qaçıb quyruğu kəsilmiş ilana dönüb qışqırır: “Nə baxırsan üzümə, bilmirsənmi mən kiməm? Mən peyğəmbərin qılıncıyam!” Belə anlayıram ki, əgər Vaqif orada olsaydı ona cavab verərdi və deyərdi: “Yalan deyirsən, sən peyğəmbərin qılıncı ola bilməzsən. Bəlkə Şimir Zilcovşənin xəncərisən! Şimir İmam Hüseynin başını bir dəfə kəsdi. Amma sən, İmam Hüseyn yolunda can verdiyi haqqı gündə bir batil edib onun başını hər gün kəsirsən”. (Məsləkdən bir az çıxmağı idarə bağışlasın. Ürək yazır, qələm yazmır).
İkinci yaşılbaş sona neçə il bundan əqdəm Tiflisdə peyda olub, az qalmışdı sünnini-şiəni bir-birinə qırdırsın. Gəncə yaşılbaş sonası həmçinin. Qarabağ yaşılbaş sonası babasının qəbrini Cıdır düzündə ocaq qayırıb, özü də cadugərlik ilə Qarabağ xanımlarında istitaət qoymayıb. Təbrizdə xuliqanlıq edib boğazından asılandan nə deyim? Bakıda hürriyyəti-insan tərəfdarını təkfir edəndən nə deyim? Məşhəddə adamları kötəkləyib güc ilə pul alandan nə deyim? Təbriz yolunda müsafirlərin üstünə qarışqa tək tökülüb soyanlardan nə yazım? Yaxşı ki, Vaqif bu əyyamda yoxdur. Əsla yaşılbaş sona arzu etməzdi. Amma bir şey xəyalıma gəlir. Vaqif nə qədər arif olsa idi, yenə adı molla idi. Mollalara yaşılbaş sonaların dirisindən də olmasa ölüsündən mənfəət dəyir. Məsələn: on, on İki il bundan qabaq bir nəfər yaşılbaş sona Kərbəladan Qarabağa gəlib yekəqarın mollanın evində sakin olub bir qədər qalandan sonra vəfat edib, aparıb Mirzə Həsən qəbiristanında dəfn ediblər. Bir nəfər çayçı kişi, ləqəbi “Yıxılqo” sübh gəlib and içib camaata xəbər veribdir ki, gecə yaşılbaş sonanın qəbrində çıraq yandığını öz gözü ilə görüb. Camaat bunu eşidən tək ağsaqqal, qırmızısaqqal, uzunsaqqal, gödəksaqqal və cəmi şəhərin övrətləri hamısı tökülürlər qəbrin üstünə ziyarətə. Yekəqarın molla görür ki, bu qəbir yaxşı mədaxil yoludur. Məlum edir ki, çünki yaşılbaş sona mənim evimdə ölübdür. Onun qəbrinin təəllüqü mənədir. İndi o qəbri haman “Yıxılqo” deyilən şəxsə icarəyə verib, ildə nə qədər pul alır. “Yıxılqo” da çayçılığı buraxıb gedib həmin qəbirdə mücavirlik edir. Yaşılbaş sonanın qəbri o gündən böyük ziyarətgah olub və başdaşında bu sözlər yazılıb:
Güşadə bad bələzzət həmişə in dərgah
Bəhəqqi dini məişət Həmid, Mədəli şah.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-yasilbas-sona
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qara saçları çiyninə tökülmüş, başında qara kəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadək saqqal, qara, böyük sürməyi gözləri, boynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi... Bu idi onun qiyafəsi...Yol gedəndə heç kəslə danışmazdı... Heç kəsin sualına cavab verməzdi. Dilindən ancaq bu sözlər eşidilərdi:
İt oyunuQapısı daldan bağlı bir otağın içində dörd nəfər hökumət çörəyi yeməyə məhkum olmuşlar əyləşmişdilər.Biri N qəzasının afət və bəlası, sabiq prokuror Ivanov idi. İkincisi haman qəzanın pristavı Əzrayıl bəy idi ki, onun adı ilə analar uşaqlarını qorxudurdular. İki nəfər bazarda dalaşanda bir-birinə deyirdi:
Diş ağrısıHacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsəti fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum, qazancın azı, çoxu olmaz. Bir yerdə ki qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al, sat! Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin!”Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzəşəhərdə üç böyük evi, İki meyvə bağı və bir top dağıtmaz dükanı var.
Qoca tarzənBahar fəsli təzəcə daxil olmuşdu. Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı.Əri Cavad tamam qışı xəstə yatıb, İndi isə qıçlarında bir qədər qüvvə hiss edib dedi:
Başqa şairlərin şeirləri
نور او سربسر گرفت آفاق
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm