Payız
Payız çatıb, bostanları pozublar,Qızıl suya boyanıbdır göy çinar.Sel suları yenə axır dağlardan,Quşlar köçüb gedib bizim bağlardan.Eşidərkən puldan, işdən var xəbər,Ac qalanlar şəhərlərə köçürlər.Şəhərdəki aclıq çəkən az deyil,İndidəki isti hava, yaz deyil.Məscidlərdə yatar gecə qonaqlarHər gecədə ölür bir çox uşaqlar.Heydərbaba, bax bağlarda yel əsir,Meşələrdə quduz qurdlar yol kəsir.Palçıq evlər bir-birinə sıxılıb,Bir parası yeldən, seldən yıxılıb.Evlər susmuş, soyuyubdur od ocaq.Yenə haçan hava, rüzgar olacaq?Lakin “baba” hava yenə qızışar,Yaşıllanar qara çəmən, göy çinar.Quşlar yenə yurdumuza dönərlər,Yad ellərdə qara günlər görənlər.Yenə günəş işıq salar sulara,Buğda bitər, gələr ağaclar bara.Aydın şəfəq gülər bizim ölkəyəDastan olar hisli daxma, həm pəyə.Onda sən də uzaqlardan sübh erkənÇiçəklənmiş “Xoşginab”ı görərsən.Öz yerində buğda, pambıq əkəni,Bizlər üçün qızıl xirmən döyəni.Qara günün ömrü “baba”, az olar,Zülmün odu sönüb, gülü tez solar.Onda sənə mən qoşmaca qoşaram,Axar çay tək həm aşaram, coşaram.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-payiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əqrəb yuvası, palçıq evlərdə,Daş əsrindən qalma iyrənc yadigar,
QurbanlıqGənc azərbaycanlı yazıçı*Səməd Behrəngi Arazda üzərkən boğuldu.*
QaraçılarSiz çöllərdə, biz şəhərdə çürüdük,Deyin görüm, macarmısız, yoxsa türk?
Şerin səsiGün batarkən qızıllanan çaylardaGül açardı yazın gözəl axşamı.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gərdiş hərlənəydi, çarx dolanaydı,Gedib bir də yar ovlağı görəydim.
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Bizə həmsöhbət olan özgə kitab almaz ələBizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.
Çərkəzin cavabıYanaşdı çar generalıçərkəzlərin başçısına,